Aktrisa plastik cərrahiyyənin qurbanı oldu
Tarix: 08.06.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Hind kinematoqrafiyasının ulduzu, tanınmış aktrisa Aarti Aqarval plastik cərrahiyyə əməliyyatından sonra keçinib.
Olay ABŞ-ın Nyu-Cersi ştatında, Atlantik-Siti şəhərində yaşanıb.
Milli.Az The İndian Express-ə istinadən bildirir ki, əslən tamil olan 31 yaşlı Aanrti Aqarvalın çəkildiyi son film "Ranam 2" idi.
4 ildən bəri astma xəstəliyindən əziyyət çəkən Aarti Aqarval Atlantik-Siti şəhərindəki hospitallardan birində lipoksasiya əməliyyatına məruz qalmışdı.
Fəqət, əməliyyatdan sonra onun vəziyyəti pisləşmiş, tənəffüs yollarında problemlər yaranmışdı.
Nyu-Cersi ştatında doğulan və böyüyən A.Aqarval aktrisalıq karyerasına 16 yaşında, "Paqalpan" filmində aldığı rolla başlamışdı.
Daha sonra "Tollivud"a yollanan A.Aqarval 2001-ci ildə "Nuvu Naaku Nachav" filmində baş rolda oynamışdı.
Onlarla filmə çəkilmiş Aqarvalın karyerasında eniş 2007-ci ildə başlamışdı. Həmin il ABŞ-da mühəndisə ərə getmiş aktrisa 2 il sonra boşanmışdı.
"Aarti Hindistanda indiyədək bir çox aktrisanın yaşadığı taleyi təkrarlayıb. Karyeralarında çətinliklər başlayan kimi belə aktrisalar depressiyaya düşür, kökəlirlər", - hind rejissorlar deyiblər.
Aarti Aqarval 2005-ci ildə Hindistanın Heydərabad şəhərindəki evində intihar etmək istəmişdi.
Onun bacısı, aktrisa Aditi Aqarval jurnalistə hücum edərək döydüyü üçün həbs olunmuşdu.
2008-2015-ci illərdə cəmi 4 filmə çəkildiyindən depressiyaya qapılan Aarti Aqarval kökəlmişdi və bu səbəbdən də izafi çəkidən qurtulmaq üçün lipoksasiya əməliyyatını çıxış yolu saymışdı.




 
Bölməyə aid digər xəbərlər
07.06.2020
Göyçayda avtomobil piyadanı vuraraq öldürüb.
06.06.2020
Sumqayıtda kütləvi davada üç nəfər bıçaqlanıb, onlardan ikisi ölüb
06.06.2020
İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb
06.06.2020
Bakıda oğul atasını bıçaqlayıb
06.06.2020
Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info