Panamerika oyunlarının təşkilatçıları pulları necə puç edirlər?
Tarix: 09.06.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Bir neçə gündən sonra başlanacaq birinci Avropa Oyunları beynəlxalq mediada müzakirə olunur. Trend-in məlumatına görə, televiziya kanallarında, aparıcı nəşrlərdə, informasiya agentliklərində, habelə sosial şəbəkələrdə bu yarışlarla bağlı obyektiv məlumatlarla yanaşı, həqiqiliyi şübhə doğuran iddialar da öz əksini tapır. Məsələn, məhz l Avropa Oyunları ilə bağlı Azərbaycan hökumətinin ölkənin idman infrastrukturunun inkişaf etdirilməsinə milyardlarla dollar vəsait xərclədiyinə dair fərziyyələr irəli sürülür . Əslində, Azərbaycan hökuməti birinci Avropa Oyunlarının təşkili ilə bağlı dövlət büdcəsindən 950 milyon manat ayrıldığını bəyan edib. Bununla yanaşı, hökumət rəsmiləri bildiriblər ki, l Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərardan xeyli əvvəl ölkənin idman potensialının inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul olunub. Dövlət proqramının əsas məqsədi Azərbaycanın idman infrastrukturunu qitə və dünya miqyaslı tədbirlərin keçirilməsi üçün hazırlamaqdır. Avropa Olimpiya Komitəsi l Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdikdən sonra isə dövlət proqramının icrası bir az da sürətləndirilib.
Azərbaycanda l Avropa Oyunlarına hazırlıq beynəlxalq mediada ciddi müzakirə olunsa da, hansısa səbəbdən, bu il iyulun 10-da Kanadadanın Ontario ştatının Toronto şəhərində start götürəcək XVll Panamerika Oyunları diqqətdən tam kənarda qalıb. Bu günlərdə həmin tədbirin təşkilinə sərf olunan vəsaitin həcmi və təyinatı haqqında açıqlanan xəbərlər Azərbaycanda l Avropa Oyunlarının büdcəsi ilə bağlı irəli sürülən tənqidi fikirləri ciddi şübhə altına alır.
Belə ki, Cənubi və Şimali Amerika ölkələrinin iştirak edəcəyi Panamerika Oyunlarının büdcəsi l Avropa Oyunlarının büdcəsindən 2.5 dəfə çoxdur. l Avropa Oyunları üçün 950 milyon dollar vəsait nəzərdə tutulduğu halda, Panamerika Oyunlarının büdcəsi (1.4 milyard dollar) ilkin hesablamaları 1,1 milyard dollar keçərək 2.5 milyard dollara çatıb. Baxmayaraq ki, Panamerika Oyunlarının rəsmiləri büdcədən kənara çıxılmayacağını bəyan etmişdilər. Üstəlik, idman obyektlərinin vaxtında istifadəyə verilməsi məsələsində də ciddi problemlər müşahidə olunmaqdadır.
İyulun 10-da başlayıb 26-da başa çatacaq Panamerika Oyunlarında 41 ölkədən 7 minə yaxın idmançı iştirak edəcək və onlar 36 idman növündə 364 medal uğrunda yarışacaqlar.
Müqayisə üçün qeyd edək ki, l Avropa Oyunlarında 50-yə yaxın ölkədən 20 idman növü üzrə 6000 idmançı 253 medal uğrunda mübarizə aparacaq.
Kanadada indiyədək təşkil edilmiş ən böyük idman tədbirinin xərcləri də Panamerika Oyunlarının tarixində rekorddur. "Toronto 2015"-in təşkilinə 2.5 milyard ABŞ dolları xərclənib. Lakin 2011-ci ildə Meksikanın Quadalaxara şəhərində keçirilmiş əvvəlki Panamerika Oyunlarının xərci cəmi 750 milyon dollar təşkil edib. Oyunlardan gələcək gəlirin həcmi isə xərclərin 10 faizindən də azdır. Təşkilat komitəsi 172 milyon kanada dolları gəlir əldə etməyi gözləyir.
Oyunlar 30 idman arenasında keçiriləcək ki, bunlardan əsasən kiçik obyektlər olmaqla 10-u yeni inşa edilib. Daha 14-ü isə yenidən qurulub və ya əsaslı təmir olunub.
Təkcə atletlər kəndinin inşasına 567 milyon dollardan çox pul qoyulub. Daha 190 milyon ABŞ dolları təhlükəsizliyin təmin olunmasına, 70 milyon isə nəqliyyata xərclənib. Maraqlıdır ki, Panamerika Oyunları Məşəlinin ölkə turuna 60 milyon ABŞ dolları xərclənib. Bununla yanaşı, idman obyektlərinin vaxtında istifadəyə verilməsi məsələsində problemlər müşahidə olunur, onların inşasına nəzərdə tutulandan daha çox vəsait xərclənir. Məsələn, Centennial Park BMX Centre-nin büdcəsi 1.54 milyon dollardan 4 milyon dollara (az qala 3 dəfə), Cookstown Panam Atıcılıq Mərkəzinin büdcəsi isə 2.5 milyon dollardan 6.2 milyon dollara (2.5 dəfə) qədər artıb. Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilindən xərclərinə, iştirakçılardan Oyunların keçiriləcəyi məkanlara, açılışında iştirak edəcək liderlərdən yollardakı xüsusi zolaqlaradək bütün təfərrüatları bəzi hallarda qərəzli şəkildə tənqid edən xarici medianın nədənsə Kanadanın Panamerika macərasına biganə qalması düşündürücüdür.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info