Müxalifətin “siyasi mühacir” alverinin rüsvayçı məqamları
Tarix: 09.06.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Əli Orucov: “Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görüncə və eşidincə heyrətə gəlirsən”/b>
Elbəyi Həsənli: “Müvafiq ödənişdən sonra 9 saat ərzində partiya vəsiqəsi, arayış və İsa Qəmbərlə foto əldə edib Avropaya yollanırlar”
Sahib Alıyev: “Qərbdəkilərin Müsavatı müxalifət partiyası kimi
tanıması həm də ona mühacir "biznesi"nə girişməyə imkan verib”


Ənənəvi radikal müxalifət partiyalarının niyə indiyə qədər bütün seçkilərdə və siyasi kampaniyalarda rüsvayçı məğlubiyyət və uğursuzluqlara düçar olduqlarının səbəbləri içərisində bir məqama da xüsusilə diqqət yetirməyə dəyər. Bu isə həmin partiyaların iddia etdikləri demokratik dəyərlər və siyasi mübarizə idealları ilə daban-dabana zidd olan saxtakarlıqlar və müxtəlif məsələlərdə əsl dəllallıq faktları ilə
bağlıdır.

Belə ki, az öncə Müsavat Partiyasının müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü saxta sənədlər verdiyi ilə bağlı məsələ gündəmə gəldi. Bu barədə Elnur Mirzəyev adlı şəxsin etdiyi etiraf müxalifətdə rezonans yaratdı və düşərgənin siyasi mühacir biznesini yenidən gündəmə gətirdi. Bunu isə müxalif düşərgəyə mənsub qəzetlər də yazdı. Qeyd edilirdi ki, Elnur Mirzəyev Belçika Miqrasiya İdarəsinə Müsavat Partiyasının vəsiqəsini, arayışı və “Elnur Mirzəyev barədə” sənədi təqdim etmişdi. Sonradan isə Müsavat Partiyası iddia edib ki, bu sənədlər “saxtadır”. “Yeni Müsavat” qəzeti isə saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyevlə əlaqə saxlayaraq, Müsavat Partiyasının öz yalanını üzə çıxarmışdı. E.Mirzəyev açıqlamasında demişdi ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər". Müsahib deyib ki, partiya funksioneri G.Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, “Facebook” yazışmaları, “Vatsap” yazışmaları var əlimdə”. O daha sonra qeyd etmişdi ki, məsələni sona qədər araşdıracaq və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracaq: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.

Son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı saxta arayış verilib

Müsavatın “siyasi mühacir” alverinin miqyasını ifşa edən “Yeni Müsavat” qəzetinin yazarı olmuş Elbəyi Həsənli isə qeyd edib ki, Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib: “Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərək deyil Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat Partiyası “6 ayda 483 arayış”la bağlı rəsmi açıqlama versin”.
E.Həsənli, bundan başqa öz “Facebook” statusunda belə yazıb: “Mənə Müsavat Partiyasına görə oturum versəydilər belə burada qeyri-adi bir şey olmazdı.Ən azı mən partiya sıralarına daxil olduqdan 9 il sonra Avropya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İsa Qəmbərlə foto əldə edib Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra”.

“Yazıqlar olsun saxta siyasi mühacir
sənədi verənlərə də, onu alanlara da”


Müxalif düşərgədə baş verən bu rüsvayçı olaya münasibətini bildirən millət vəkili Sahib Alıyev belə qeyd edib: “Mən elə bilirdim ki, Qərbdəki bəlli çevrələrin tapşırığıyla Avropa Oyunlarını boykota səsləyən Müsavatın onların önündə müxalifət partiyası kimi tanınmaq istəməsində ancaq bir məqsədi var - qrant almaq. Sən demə, bu belə deyilmiş. Qərbdəkilərin Müsavatı müxalifət partiyası kimi tanıması həm də ona başqa gəlir mənbələri verirmiş. Partiya mühacir "biznesi"nə də girişibmiş. Yəni Avropada sığınacaq almaq istəyənlərə bəlli bir məbləğ qarşılığında vəsiqə verilirmiş ki, o “müsavatçıdır”. Yazıqlar olsun saxta siyasi mühacir sənədi verənlərə də, onu alanlara da”.
AMİP Siyası Şürasının üzvü Əli Orucov isə bildirib ki, bu cür saxtakarlıq halları cəmiyyətdə hər zaman qınağa tuş gəlib: “Başqalarını saxtakarlıqda ittiham edənlərin etdikləri saxtakarlıqların miqyasını görüncə və eşidincə heyrətə gəlirsən. Belə hallar həm əsl siyasi mübarizə aparan insanlara hörmətsizlik, həm də dövlətə qarşı təxribat, gözdən salmadır. Məncə, hüquq-mühafizə orqanları bu məsələnin izinə düşməlidir. Onlar bütün saxtakarlıq və "mühacir" "ixracının" izinə düşüb bunu ifşa etməli, eyni zamanda hüquqi ölçü götürməlidir. Sabah, doğrudan da hansısa müxalifət fəalı incidilsə, buna inanılmayacaq. Məncə, məsələ çox ciddi olduğundan ciddi də tədbirlər görülməlidir.
Hər halda, Müsavat Partiyasının belə faktlar qarşısında qalmasını istəməsəm də, gerçəkliklərini də inkar etmək, gizlətmək artıq mümkün deyil. Bu doğrudan da yaxşı hal deyil”.
Qeyd edilən rəylərdən də göründüyü kimi, Müsavat Partiyası kimi qurumlar ölkədə süni “dissidentlər”, “siyasi mühacirlər” “istehsalı” və alveri ilə məşğuldur. Bu hal isə Azərbaycan cəmiyyətində qəsdən “narazılıqlar olduğu” görüntüsü yaratmağa çalışmaqla bərabər, Müsavat kimi qurumların pul qazanmaq üçün hansı üsullara və yollara əl atdığını da ifşa edir. Faktiki olaraq, burada Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd edən bir müxalif qurumun özünün başdan-ayağa ləkəli işlə məşğul olduğu üzə çıxır. Bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır. Açıq-aşkar ifşa olunur ki, guya demokratik ideallar və siyasi hakimiyyət uğrunda mübarizə aparan partiya, əslində nə işlə məşğuldur. Bu gün köhnə müxalifətçiliyin uğursuzluqlarının səbəblərini elə bu cür fəaliyyətdə axtarmaq lazımdır.

Müxalifət indiyə qədər niyə xaricdə keçirdiyi
aksiyalara iştirakçı yığa bilməyib?


Başqa bir məqam isə odur ki, müxalifət Azərbaycanın imicinə xələl gətirmək məqsədilə xarici ölkələrdə də bir neçə dəfə aksiya keçirməyə cəhd edib. Amma bu cür aksiyalara iştirakçı yığa bilməyiblər. Bəs xaricdə müxalifətin aksiyaları niyə cılız keçirilir? Çünki onların “siyasi mühacir” adıyla pul alıb xaricə göndərdikləri şəxslər, əslində siyasətlə maraqlanmayan, yalnız xaricə köçmək istəyənlərdən ibarətdir. Ona görə də belələri müxalifətin xaricdə təşkil etdiyi aksiyalarda iştirak etmirlər. Bu məqam da əslində, müxalifətin “siyasi” məhbus” alverinin sonda düşərgənin öz əleyhinə işlədiyini ortaya qoymuş olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info