Türkiyədə koalisiya hökuməti qurulacaqmı?
Tarix: 09.06.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, bülletenlərin 100 faizinin sayılmasından sonra 10 faizlik minimum baryeri keçən 4 iri partiyanın səsləri aşağıdakı şəkildə bölünüb: Ədalət və İnkişaf Partiyası (AKP) - 40,85%, Cümhuriyyət Xalq Partiyası (CHP) - 24,96%, Milliyyətçi Hərəkat Partiyası (MHP) - 16,30%, Xalqların Demokratiya Partiyası (HDP) - 13,10%.
Bu nəticələrə əsasən hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanıb. HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğur əldə edib. Hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə olaraq təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxıb. Konstitusiyaya əsasən prezident hökuməti formalaşdırmaq vəzifəsini seçkidə birinci olmuş partiyanın liderinə - hazırkı baş nazir Əhməd Davudoğluna verəcək. Ə. Davudoğlu növbə ilə CHP, MHP və HDP liderləri ilə görüşlər keçirəcək. Lakin MHP və HDP AKP ilə koalisiyaya getməyəcəklərini açıq şəkildə bəyan ediblər. CHP konkret mövqe bildirməsə də, səsvermənin nəticələri bəlli olduqdan sonra AKP-yə qarşı sərt ittihamlarını davam etdirib. Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, yenidən seçki keçirilməlidir. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib. Ərdoğanın yazılı açıqlamasında bildirilir: “Bazar günü keçirilən seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Seçkilərdə iştirak faizinin yüksək olması əziz millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir”.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info