“ABŞ hələ də anlamır ki, təkqütblü dünya başa çatıb”
Tarix: 09.06.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


ABŞ və onun müttəfiqləri Rusiya və Çini Avropa, Kanada və Avstraliya kimi “vassal statusu”nda olan dövlətlərə çevirə bilmədilər. Belə görünür ki, Moskva və Pekinə qarşı tətbiq edilən təzyiqlər dünyanı nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qoya bilər. İspaniyanın “La Vanguardia” qəzetinin yazdığına görə, hazırda Rusiya və Çin sərhədlərində ciddi hərbi qarşıdurmaya təhrik etməyə çalışan ABŞ “odla oynayır”.
Moskva və Pekinin plüralizm və konsensusa əsaslanan beynəlxalq münasibətlər sistemi qurmaq cəhdləri Vaşinqton tərəfindən "təhlükə" kimi qəbul olunur. ABŞ hələ də anlamır ki, təkqütblü dünya “soyuq müharibə”nin başa çatması ilə yekunlaşıb. Vaşinqtonun yenidən təkqütblü dünya düzəni yaratmaq cəhdləri də uğursuzluğa düçar olub. Vaşinqton hələ də beynəlxalq sabitliyi pozmaq üçün hərbi macəraları barədə dezinformasiya yaymaqda davam edir. İndi Vaşinqtonun əsas məqsədi nüvə silahına sahib olan Rusiya və Çinin qarşısını almaqdır. Vaşinqton Rusiyanın qarşısını kəsmək üçün Ukrayna böhranını yaradıb. Rusiyaya qarşı informasiya savaşı aparan Vaşinqton tez-tez bu ölkənin sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər təşkil edir. Çinə qarşı da təxminən eyni mövqe ortaya qoyan ABŞ regionda vəziyyətə nəzarət etmək üçün Cənubi Çin dənizində hərbi baza tikintisini davam etdirmək niyyətindədir. Qəzet bununla belə qeyd edir ki, nə Rusiya, nə də Çin Meksika körfəzinə soxulmur, ABŞ sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirmirlər. Nəşr daha sonra yazır: “Bütün bunlarla yanaşı, Vaşinqton artıq başa düşməlidir ki, nə Rusiya, nə də Çin Amerikanın təzyiqlərinə təslim olmayacaq və onun istədiyi “vassal statusu”nu qəbul etməyəcəklər . Digər dövlətlər, əsasən də Avropa dövlətləri Vaşinqtonun tələbi ilə müstəqil xarici siyasət həyata keçirməkdə davam edərlərsə, onda dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşə bilər”. Yeri gəlmişkən qeyd edək ki, Pekin hakimiyyəti Moskva və Dehlini yeni Avrasiya infrastruktur layihələrinə cəlb etmək üçün yeni mərkəz yaradır. “Sputnik” nəşrinin yazdığına görə, bu addım Vaşinqtonun regional ambisiyaları üçün həlledici zərbə ola bilər. Nəşr bildirir ki, Çinin xarici işlər naziri Van Yi üçtərəfli danışıqlar zamanı Rusiya və Hindistanı Avrasiya məkanında yeni yaradılan iqtisadi dəhlizə qoşulmağa çağırıb. Amerikalı ekspertlər Çinin bu təşəbbüsünü ABŞ-ın regional siyasətinə cavab tədbiri kimi qiymətləndirirlər. Qeyd edək ki, 2011-ci ildə Vaşinqton Şərq və Qərb arasında keçidi təmin edəcək “Yeni İpək Yolu” layihəsini inkişaf etdirmək barədə təşəbbüs qaldırmışdı. Təbii ki, belə bir layihənin həyata keçirilməsi Çinin geosiyasi maraqlarına zidd olmaqla yanaşı, ABŞ-ın bu regiondakı rolunu gücləndirməyə hesablanmışdı. Hazırkı məqamda, belə görünür ki, Avrasiyada BRİKS-in artan təsirilə fonunda Pekin və Moskva arasında əməkdaşlığın genişlənməsi yeni layihənin həyata keçirilməsinə kömək edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info