“Centrasia”: “Qərb Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını siyasiləşdirir”
Tarix: 09.06.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Stanislav Tarasov: “Azərbaycana qarşı bu səhv siyasət erməni lobbisi və Azərbaycanın yaxşı imic qazanmasını və müstəqil siyasət
yürütməsini istəməyən Qərbdəki əleyhdarlarından qaynaqlanır”


Mərkəzi Asiya regionunun geniş oxucu kütləsi olan “Centrasia.ru” rusdilli analitik informasiya portalında araşdırmaçı-jurnalist Stanislav Tarasovun I Avropa Oyunları ilə əlaqədar Azərbaycana edilən əsassız təzyiqlərlə bağlı yazısı dərc olunub. APA-nın məlumatına görə, məqalədə qeyd olunur ki, Bakıda ilk dəfə Avropa Oyunlarının keçirilməsi tarixi əhəmiyyət daşıyır.
2012-ci ildə bu Oyunların məhz Azərbaycanda baş tutması üçün Avropa ölkələrinin əksəriyyətinin səs verməsini Azərbaycanın idman diplomatiyasının qələbəsi hesab edən araşdırmaçı-jurnalist bununla belə Avropa Oyunlarına az müddət qaldığı bir vaxtda Qərb ölkələrindəki bəzi dairələrin Azərbaycana təzyiq göstərməsini anlaya bilmədiyini vurğulayıb. S. Tarasov həmin dairələrin Qarabağ münaqişəsini və bölgədə müharibə təhlükəsinin hələ də sovuşmadığını əsas gətirərək Azərbaycana səfər etməməyə çağırış etməsini, indi isə insan haqlarının qorunmasını əlində bayraq tutaraq rəsmi Bakıya təzyiq göstərməsini Avropanın qeyri-müəyyən siyasəti kimi xarakterizə edib.
Avropalılar üçün Rusiya ilə Azərbaycanı müqayisə edən müəllif hesab edir ki, Rusiyaya nisbətdə Azərbaycanın daha Avropaya meyilli olması, üstəlik, enerji daşıyıcılarının nəqlində daha etibarlı tərəfdaş kimi çıxış etməsi Qərb dairələrini düşündürməli idi: “Amma onların sonda düzgün seçim etməməsi səhv siyasət yürütmələrindən xəbər verir”. Tarasov Azərbaycana qarşı bu səhv siyasətin iki mənbədən qaynaqlandığını ehtimal edir. Söhbər erməni lobbisi, habelə Azərbaycanın yaxşı imic qazanmasını və müstəqil siyasət yürütməsini istəməyən Qərbdəki əleyhdarlarından gedir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info