Milli QHT Forumu I Avropa Oyunları ilə bağlı bəyanat qəbul edib
Tarix: 09.06.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycanın bölgədə və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər”
Milli QHT Forumunun İdarə Heyətinin növbədənkənar iclası keçirilib. İclasda bəyanat qəbul olunub.
Bəyanatda deyilir: "Milyonlarla tamaşaçının ekran önündə və canlı olaraq izləyəcəyi, yeni adlar, yeni nəticələrlə yadda qalacaq, tarixdə ilk dəfə keçiriləcək möhtəşəm idman bayramı “Bakı-2015” - I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Ölkəmizə gələcək idmançılar, jurnalistlər və turistlər üçün mümkün olan hər cür şərait yaradılıb - 5-6 ilin işi 2 il müddətində gerçəkləşdirilib. Gələnlər Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın qonaqpərvərliyi, Şərq və Qərb harmoniyasını təcəssüm etdirən mədəniyyətimiz barədə dolğun məlumatlar alacaq, Azərbaycan həqiqətlərinə özləri şahid olacaqlar”. Bəyanatda həmçinin vurğulanır ki, I Avropa Oyunları zamanı ərazilərimizin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimiz, xalqımıza qarşı törədilmiş soyqırımı aktları və elan olunmamış müharibənin doğurduğu digər üzüntülər haqqında dünya ictimaiyyətinə geniş məlumatlar çatdırmaq imkanları yaranacaq. “Məhz buna görə, möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da “sistem”ləşir, intensivləşir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycanın bölgədə və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “OpenDemocracy” portalında yayılmış ortaq məqaləsi də antiazərbaycan şəbəkəsinin növbəti təxribat cəhdidir. Belə ki, BMT Baş Məclisinin 69-cu sessiyasında (31 oktyabr 2014-cü il) qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı Qətnamədə Avropa Oyunlarının əhəmiyyəti xüsusi olaraq vurğulanır. Bu şəxslərin Avropa Oyunlarına qarşı təxribat xarakterli cəhdləri də məhz beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilə bilər. İnsan haqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində adi insan hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə belə cəsarət tapmırlar. Sanki idmançıların son məşqləri gedərkən siyasiləşmiş “hüquq müdafiəçi”lərinin də son oyunlarını izləməkdəyik. Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edənlər gərək unutmasınlar ki, biz Azərbaycanda I Avropa Oyunlarını təşkil etmişik, I Avropa Siyasi Oyunlarını deyil... Əgər siyasi meydan axtarırlarsa, maraqlı dairələrə xatırlatmaq istərdik ki, onu Avropa İttifaqı Şərq tərəfdaşlığı siyasətinə zidd olaraq bizim ölkədə axtarmasınlar...
Azərbaycan Milli QHT Forumu hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına laqeyd qalan, Ermənistan tərəfindən girov götürülərək işgəncələrə məruz qalan, qanunsuz mühakimə edilən vətəndaşlarımızın müdafiəsi üçün indiyə qədər bir kəlmə də danışmayan bəzi beynəlxalq “hüquq müdafiəçiləri”nin bu cür məsuliyyətsiz çağırışlar etməyə mənəvi və hüquqi haqqı yoxdur. Yaxşı olardı ki, Azərbaycan Milli QHT Forumunun yarandığı gündən əməkdaşlıq etdiyi və bundan sonra da əməkdaşlığa açıq olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumlar öz əməkdaşlarının çağırışlarına münasibət bildirsin. Sıralarında 656 QHT-ni birləşdirən Milli QHT Forumu bir daha bəyan edir ki, Azərbaycan söz və mətbuat azadlığı, ümumən insan hüquqları, demokratiya sahəsində öz üzərinə könüllü götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyəti institutlarının inkişafı səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər. Respublikamızın yolu irəliyə, tərəqqi və inkişafa doğrudur və bizi bu yoldan heç nə, heç kim saxlaya bilməz”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info