“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans
Tarix: 09.06.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Tərtər şəhərindəki Gənclər Mərkəzində “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.
Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı xalqımızın əsrlər boyu formalaşdırdığı milli mənəvi dəyərlərdən və onun qorunmasından, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından bəhs edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb.
Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, İslam dininin genişlənməsindən narahat olan qüvvələr var. Bu qüvvələr tarixən İslam dininin bütövlüyünü pozmağa, onu parçalamağa çalışıblar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. Bu radikal qruplar əslində İslamın gözdən salınmasına, onun zəiflədilməsinə yönəldilib. Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən bəzi qüvvələr din vasitəsilə ölkəmizdə təxribat törətmək istəyirlər. Lakin belə qüvvələr heç zaman məqsədlərinə çata bilməyəcəklər. Onların qarşısı hər zaman qətiyyətlə alınır. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə tək hüquq mühafizə orqanları və din xadimləri deyil, eləcə də ziyalılar, ağsaqqallar, müəllimlər fəal olmalıdırlar.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin və milli mənəvi dəyərlərimizin qorunmasındakı rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycanda milli mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir. Sovetlər dönəmində Azərbaycanda 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir.
Azərbaycanda hökm sürən tolerantlıq mühitinə diqqəti çəkən QMİ-nin sədri qeyd edib ki, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir.
Konfransda akademik Vasim Məmmədəliyev və rayon ziyalıları mövzu ilə bağlı çıxış edib, fikirlərini bildiriblər.
Konfrans başa çatdıqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və DQİDK-nin sədri Mübariz Qurbanlı Tərtər şəhər “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib, Bərdədəki İmamzadə kompleksində olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info