Oyunlarla əlaqədar Mingəçevirdə yüksək hazırlıq işləri görülür
Tarix: 09.06.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarına hazırlıqla əlaqədar bütün sahələri əhatə edən genişmiqyaslı tədbirlər görülür. Şəhərdə həm yerli sakinlərin, həm də xarici turistlərin istirahəti üçün hər cür şəraiti olan məkanlar yaradılır. Nəqliyyat, tibb, rabitə, turizm sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Birinci Avropa Oyunları ərəfəsində Mingəçevir şəhər avtovağzalından istifadə edənlərin sayının artacağı nəzərə alınaraq burada xidmətin səviyyəsi yüksəlib, yeni avtobus və mikroavtobuslar gətirilib. İndi Mingəçevirdə marşrut avtobuslarının sürücüləri də yeni geyimdə xidmət göstərirlər.
Mingəçevir şəhər avtovağzalının ikimərtəbəli binasının birinci mərtəbəsindəki gözləmə zalında oturacaqlar qoyulub, Wi-Fi zonası yaradılıb. Burada üç kassa, məlumat bürosu, saxlama kamerası, ana və uşaq, veteran və həkim otaqları fəaliyyət göstərir. Sərnişinlər ikinci mərtəbədəki yeməkxananın da imkanlarından istifadə edə bilərlər.
Birinci Avropa Oyunları zamanı qonaqların rahatlığını təmin etmək üçün şəhər və şəhərətrafı ərazilərdə ağcaqanadlara, eləcə də digər həşərat və ziyanvericilərə qarşı tədbirlər görülür. Səhiyyə Nazirliyinin göstərişi ilə ərazidə dezinseksiya və dezinfeksiya işlərinin aparılması üçün xüsusi avadanlıq, dərman preparatları və mütəxəssislər ayrılıb. Görülən işlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nəzarəti altında aparılır. Şəhərin səhiyyə sistemi də Avropa Oyunlarına tam hazırdır. Artıq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında hazırlıq işləri yekunlaşıb. Həkimlər Oyunlar zamanı növbəli qrafik əsasında işləyəcəklər. Xəstəxananın ilkin tibbi yardım otaqlarına yeni avadanlıq və dərman preparatları gətirilib. Avropa Oyunları zamanı qonaqlara və vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək məqsədilə Mingəçevirdə 220-yə yaxın təcili tibbi yardım işçisi də gücləndirilmiş iş rejimində çalışacaq. Xəstəxanaya əlavə olaraq, “Mercedes” markalı 5 yeni təcili tibbi yardım maşını da gətirilib. Həmin avtomobillər yarışlar zamanı qonaqların qaldığı otellərin qarşısında və tədbirlərin keçiriləcəyi məkanlarda dayanacaq. Mingəçevirdə yarışlar zamanı təcili tibbi yardım xidmətində işləyəcək həkimlər üçün ingilis dili kursları təşkil olunub.
Birinci Avropa Oyunları ilə əlaqədar şəhər baytarlıq idarəsi də gücləndirilmiş iş rejimində çalışır. Ət kəsimi və satışı yerlərində tez-tez reydlər keçirilir, aşkarlanan xoşagəlməz hallara qarşı tədbirlər görülür. Yoxlamalar şəhərin mərkəzi bazarında, balıq və toyuq satışı yerlərində də keçirilir.
Mingəçevirdə turistlərin üz tutacağı bəzi məkanlarda da hazırlıq işləri görülür. Üç hektar ərazisi olan Heydər Əliyev parkında yenidənqurma işləri görülüb. İstirahət məkanı italiyalı mühəndis Laura Perettinin layihəsi əsasında müasir dizaynla yenidən qurulur. Parkın ərazisindəki müasir tələblərə cavab verməyən tikililər götürülərək onların əvəzində yeniləri inşa olunur. Buradakı Tarix Muzeyinin yerləşəcəyi bina bərpa edilir. Binanın giriş hissəsindəki 13 metr hündürlüyündəki sütunlar ona xüsusi görkəm bəxş edir. Həmin sütunlar xarici ölkələrdən gətirilən sarmaşıqlarla əhatə olunub. Bu sarmaşıqlar böyüdükcə parkı başdan-başa çələng formasında əhatə edəcək.
Heydər Əliyev Mərkəzində də Oyunlarla bağlı hazırlıq işləri görülür. Oyunlar ərəfəsində mərkəzə üz tutacaq turistlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə yanaşı, orada qorunan 830 eksponatla da yaxından tanış ola bilərlər.
Mingəçevir Dövlət Rəsm Qalereyasının binası Oyunlarla bağlı əsaslı təmir edilib. 250-dək eksponatın saxlanıldığı qalereyada artıq texniki işlər başa çatmaq üzrədir. Şəhər Tarix Muzeyi üçün isə yeni bina tikilir. İkimərtəbədən ibarət 360 kvadratmetrlik yeni binada artıq son tamamlama işləri gedir. Binanın birinci mərtəbəsi iş otaqlarından ibarətdir.
Şəhərdə abadlıq, təmizlik və yaşıllaşdırma işləri davam edir. Mingəçevirə 500 ədəd yeni tullantı qutusu da gətirilib. Artıq onlardan 300-ü müxtəlif yerlərdə quraşdırılıb, 200-ü isə yarışın keçiriləcəyi yerlərə qoyulacaq. Şəhərdə yol kənarlarında minlərlə dekorativ gül kolları əkilib, quruyan ağaclar kəsilib, yaşıllıqlar suvarılıb. Oyunlar zamanı şəhərin, eləcə də sakinlərin və qonaqların təhlükəsizliyi də ciddi şəkildə qorunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info