Allahşükür Paşazadə və Mübariz Qurbanlı İmamzadəni ziyarət ediblər
Tarix: 09.06.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və tanınmış ilahiyyatçı alimlər Bərdə şəhərindəki İmamzadə kompleksində olublar.
Komitədən verilən xəbərə görə, qonaqlar Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində burada aparılan abadlıq, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsi barədə məlumatlandırılıb.
Bildirilib ki, layihə çərçivəsində abidənin ümumi görünüşünə heç bir müdaxilə etmədən yerli ustalar tərəfindən abadlıq işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifba ilə dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan çıxmasının qarşısı alınıb, həyətdə daş piltələrdən meydança, çaydaşından səkilər və bulaq düzəldilib, yaşıllıq salınıb.
Qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə burada iki elmi konfrans və dəyirmi masa keçirilib. Həmçinin “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb. Bilik Fondu tərəfindən “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.
A. Paşazadə və M. Qurbanlı İmamzadə kompleksində aparılan elmi tədqiqat və abadlıq işlərini yüksək qiymətləndiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info