Pakistan Milli Assambleyasının sədr əvəzi: “Zamanı gələndə Azərbaycan bizə güvənə bilər”
Tarix: 28.01.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


“Zamanı gələndə Azərbaycan bizə güvənə bilər. Bunu heç bir tərəddüdsüz deyirəm”. Bunu “Lent.az”-ın İslamabada ezam olunmuş əməkdaşı ilə söhbətində Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi deyib. Kundi qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti iki dost ölkə arasında dostluq münasibətlərinin əyani göstəricisidir:
“Mehriban Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olması Pakistanın böyük qızı Benazir Bhuttonun ideyaları ilə üst-üstə düşür. Biz, Pakistanla Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrini daha da genişləndirməli, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etməsinə nail olmalıyıq”. Cənab Kundi Qarabağ probleminə də toxunaraq qeyd edib ki, Azərbaycan öz torpaqlarını mütləq azad edəcək: “Dost Pakistan xalqı Azərbaycanın yanındadır. Bilin ki, zamanı gələndə, Azərbaycan bizə güvənə bilər”. O, bir qədər əvvəl Pakistanda, xüsusən də İslamabadda keçirilən kütləvi etiraz aksiyaları nəticəsində ölkənin baş naziri Pərviz Rəca Əşrəfin istefasından sonrakı siyasi vəziyyətə də toxunub. Kundi bildirib ki, Pakistan demokratik dövlətdir və demokratik prinsiplərə həmişə sayğısını nümayiş etdirib: “Qarşıdan parlament seçkiləri gəlir. Pakistan xalqı yenidən səsverməyə gedib öz seçimini edəcək. Baş verən son hadisələrdən sonra yaranan vəziyyəti isə qətiyyən siyasi böhran kimi qiymətləndirmirəm”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info