Jakub Lis: “Oyunların keçirilməsi üçün Azərbaycandan ideal ölkə ola bilməzdi”
Tarix: 09.06.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan bu yarışları elə təşkil etməlidir ki, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəni də kölgədə qoysun”

Artıq Avropa Oyunlarının başlanmasına qısa bir zaman qaldı. Oyunlara hazırlıq işləri tam yekunlaşıb və açılışla bağlı hətta sınaq tədbirləri də keçirilib. Bakının bu böyük idman yarışlarına ev sahibliyi etməsi paytaxtımızın yükünü bir qədər artırsa da, demək olar ki, təşkilatçılığın ən yüksək səviyyədə olması Oyunların uğurla keçiriləcəyinə zəmanət
verir.

Bunu ölkəmizə gələn turistlər, qonaqlar da deyirlər. Maraqlıdır, bəs görəsən yarışlara qatıla bilməyib başqa ölkələrdən izləyəcək insanlar nə düşünürlər. “Palitra”ya danışan Polşadan olan Jakub Lis deyir ki, ölkəmiz haqqında məlumatlıdır və Oyunlarla bağlı da maraqlanır. Onun sözlərinə görə, Azərbaycan belə böyük beynəlxalq idman tədbirini keçirməyə çoxdan haqq edirdi.
Jakub Lis deyir ki, Avropa Oyunları kimi böyük idman yarışlarına hazırlığın yüksək səviyyədə olmasını internetdən müxtəlif idmançılar və eləcə də digər sahənin adamlarının dilindən də eşidib. O, Bakıda böyük idman bayramının baş tutacağını söyləyir: “Bu gün qlobal problemlərin çoxaldığı dünyamızda idman insanları daha sıx birləşdirir. Bu mənada Avropa Oyunlarına ev sahibliyi edəcək paytaxtınızda həm də gözəl mənzərələr də yaranacaq. Ayrı-ayrı millətlərdən olan minlərlə insan bir yerdə şəhərinizi gəzəcək, ünsiyyətdə olacaq, yarışları izləyəcək, tarixi, görməli məkanlarınıza baş çəkəcəklər, bir sözlə, bu ay dünyanın diqqəti Azərbaycanda olacaq. Mən və ailəm də idmana bağlıyıq. Ölkəmiz üçün dua edəcəyik ki, yarışlarda xeyli uğurlar qazansınlar, idmançılarımız bayrağımızı zirvəyə qaldırıb himnimizi səsləndirsinlər”.
Polşalılar üçün Azərbaycanın yad bir ölkə olmadığını deyən Jakub Lis Azərbaycan haqqında geniş məlumatlı olduğunu da vurğuladı: “İndi informasiya zamanıdır, texnologiya dövrüdür. İstənilən ölkə haqqında məlumatı bir neçə dəqiqəyə internetdən video görüntülərlə, xəbərlərlə əldə edə bilərsən. Azərbaycan haqqında çox eşitmişik və ölkəniz hələ bir neçə il öncə Avroviziya mahnı yarışmasının qalibi olub, bu musiqi bayramına ev sahibliyi edəndə diqqətləri öz üzərinə çəkə bilmişdi. Bu gün də düşünürəm ki, oxşar vəziyyət yaranıb. Amma indi məsuliyyət daha böyükdür. İndi ölkənizə daha çox turist və idmançı gələcək. Artıq onların bir qismi gəlib də. Siz şanslısınız ki, belə bir mötəbər yarışın fundamenti paytaxtınızda qoyuldu. İllər sonra hər dəfə Avropa Oyunlarından söz açılanda ilk dəfə bu yarışlara Bakının ev sahibliyi etməsi xatırlanacaq. Düşünmürəm ki, təşkilatçılıq məsələlərində hansısa problemlər yaşana. Çünki Azərbaycanın artıq böyük tədbirləri keçirmək təcrübəsi mövcuddur. Bundan başqa, Azərbaycanda tarixi məkanlar, İçərişəhər kimi unikal məkan da var ki, bu da dünyaya daha geniş şəkildə tanıdılacaq. Məsələn, Çində keçirilən Olimpiya Oyunları zamanı turistlər xeyli sayda görməli yerlərlə tanış olmuşdular ki, mətbuat sonradan bunu qəribə şəkildə qələmə vermişdi. Yazılırdı ki, bu gün Çinin turistlərə qapısını açdığı tarixi abidələr, məkanlarla çoxumuz ilk dəfə idi ki, tanış olurduq. Bu mənada düşünürəm ki, Azərbaycanda da belə hallar yaşanacaq. Məsələn sizin aktiv gənc olan Nail Əhməd mənə Azərbaycanın bölgələrində görməli tarixi yerlərin olması haqqında məlumatlar verib. Hansılar ki, çoxumuzun diqqətini çəkə bilər. Yəni, paytaxtdakı İçərişəhərlə iş bitmir. Təbliğat aparılmalıdır və düşünürəm ki, Oyunlar zamanı bu təbliğat daha geniş şəkildə qurulacaq. Məni başqa bir məsələ də çox düşündürür və marağıma səbəb olur. Adətən, nisbətən kiçik ölkələrdə idman yarışları təşkil olunanda burada təhlükəsizlik tədbirlərində bir qədər axsamalar olur. Azərbaycanın sabit və təhlükəsiz bir ölkə olduğunu nəzərə alsaq demək olar ki, burada hər şey normal şəkildə davam edəcək, heç bir problem yaşanmayacaq. Hərçənd kriminogen durumla bağlı da bu ölkədə heç bir neqativ halın şahidi olmamışıq. İnsanları haqqında da çox eşitmişik ki, tolerantdırlar. Qısası, bütün bunları nəzərə alsaq deyə bilərəm ki, hazırda Avropa Oyunları kimi böyük idman tədbirinin keçirilməsi üçün Azərbaycandan ideal ölkə ola bilməzdi. Azərbaycan bu yarışları elə təşkil etməlidir ki, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəni də kölgədə qoysun”.
Jakub Lis Azərbaycan mədəniyyəti və mətbəxi ilə də tanış olduğunu deyir: “Polşada Azərbaycanla bağlı keçirilən bir tədbirə qatılmışdıq. Möhtəşəm idi. Milli rəqsləriniz, geyimlər, mətbəxiniz, qeyri-adi səs tembrləri ilə oxunan mahnılarınız-muğamlar və s. görəndən sonra bu ölkəyə valeh olmamaq mümkün deyil. Mətbəxinizdən bir sıra şirniyyatları çox bəyəndim , əminəm Bakıya gələcək turistlər üçün də bu böyük marağa səbəb olacaq. Düşünürəm ki, nə qədər “bakılılar Oyunlara canlı şahidlik edəcəkləri üçün şanslıdırlar” deyiriksə, “ora gedəcək turistlər də bu gözəl ölkəni görəcəkləri üçün şanslıdırlar” deməliyik. Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan hələ çox uğur qazanacaq və sizlərə uğurlar arzu edirəm. Bir neçə gün sonra başlayacaq Avropa Oyunlarının rəsmi açılış törənini isə səbirsizliklə gözləyirik. Təşkilatçılara uğurlar arzu edirəm və “polşalılar sizinlədir, sizə dəstəkdir” deyirəm!”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info