ATƏT rəsmisinin “etirafı”
Tarix: 09.06.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Azərbaycanın indiki ATƏT-ə üzv olduğu günün sevinci hələ də xatirimdədir. Məktəbli olsam da, hər kəs kimi sevinirdim ki, müstəqil Azərbaycan ilk dəfə Avropa təşkilatına daxil olub. O zaman çoxları kimi o ümiddə idim ki, ATƏT Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsini qısa müddətə həll edəcək. Çünki 1992-ci ilin fevral ayından başlayaraq bu münaqişə ATƏT-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrilmişdi. Sonradan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədi ilə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun yaradılması bu ümidləri daha da artırdı.
Lakin sonrakı proseslər göstərdi ki, ATƏT-ə boşuna ümid bağlayırmışıq. ATƏT-in Minsk qrupunun 23 illik fəaliyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər hansı irəliləyişin olmaması, bu quruma olan bütün ümidləri puç etdi. Belə bir vəziyyətdə ATƏT-in Bakı ofisinin fəaliyyəti də yalnız protokol xidmətindən başqa bir şey deyildi. Görünür, ATƏT-in Bakı ofisinin bağlanması da məhz bu kimi faydasız əməllərin nəticəsidir...
Maraqlıdır ki, Azərbaycandakı müxalifətçilər ATƏT-ə inanır və bu təşkilatın Bakı ofisinin bağlanmasını etirazla qarşılayırlar. Belə sadəlövh “demokratlar”a cavab özünü çox gözlətmədi. Buyurun: ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Haydi Talyavini özü vəzifəsindən istefa verib. Hələ ki, xanım Talyavini bu istefasının səbəbləri haqda “bir söz demək istəmir”. Lakin bu istefa ictimai-siyasi gündəmin tez-tez dəyişdiyi Avropada və onun təşkilatlarında baş verən bir çox məqamlardan xəbər verir. Əvvəla, bu o deməkdir ki, problem ATƏT-in özündədir. Bizim “müxalifət” cəsarət göstərərək düşünüb açıq gözlə ATƏT-in fəaliyyətinə nəzər yetirsələr, bunu aydın görərlər.
Nəzərə alsaq ki, Ukrayna Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına daxil olan və Assosiativ sazişə imza atan ölkədir. İndi əgər ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi istefa verirsə, bu, heç də sıradan hadisə deyil. Görünür, Avropa İttifaqı və ATƏT-lə əməkdaşlıq Ukraynada da ümidləri doğrultmur. Ukraynadakı hadisələrə görə separatçılara və Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edən Avropa İttifaqı heç bir halda ölkənin ərazi bütövlüyünün pozulmasının qarşısını ala bilmir. Qərb, eləcə də Avropa rəsmi Kiyevə quru vəddən başqa heç nə verə bilmir. Ölkə isə parçalanmaqda davam edir. Krım, Luqansk, Donetsk Ukraynadan alındı, indi də Odessanın və digər ərazilərin Ukraynadan ayrılması prosesi gedir.
H.Talyavininın istefası həm də onun göstəricisidir ki, ATƏT-in Ukrayna üzrə fəaliyyəti öz effektini vermir. Ukraynanın düşdüyü acınacaqlı durum bunun bariz nümunəsidir. Əslində, bu istefa həm də bir etirafdır. Digər bir məqam odur ki, Qərb dairələrinin Ukrayna məsələsində fərqli maraqları var. Bu baxımdan, ümumiyyətlə, Qərbin “Ukrayna” layihəsi istənilən nəticəni vermədi.




 
Müəllifin son yazıları

30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
05.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info