“Bu, gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq”
Tarix: 09.06.2015 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Azərbaycan millisinin velosipedçiləri Avropa Oyunları üçün azarkeşlərə müraciət ünvanlayıb. İdmançılarımız azarkeşlərlə birgə daha güclü olduqlarını bəyan ediblər.
Dağ velosipedi üzrə Azərbaycan millisinin üzvü Aqşin İsmayılov bildirib ki, Avropa Oyunları bu vaxtadək iştirak etdiyi turnirlər içərisində ən nüfuzlu yarış olacaq: “Azərbaycan velosipedçilərindən ilk olaraq mübarizəyə məhz biz qoşulacağıq. Ümid edirəm ki, iyunun 13-də Dağ Velosipedi Parkında azarkeşlərimiz bizi tək qoymayacaqlar. Rəqiblərimiz çox güclüdü, amma tərəfdarlarımızın dəstəyi bizə güc verəcək və biz bu çətin yolu birgə qət edəcəyik. Dövlətimiz tərəfindən hazırlıq üçün bizə hər cür şərait yaradılıb. Əsas olan ölkəmizi layiqincə təmsil etməkdi ki, bu işin də öhdəsindən uğurla gələcəyimizə inanıram. Yetər ki, azarkeşlər bizi tək qoymasın, çünki biz bir yerdə daha güclüyük!”. Şose velosipedi üzrə yığmamızın üzvü, Rio Olimpiadasına lisenziya qazanmağa ən real namizəd Maksim Averin də azarkeşlərin dəstəyinə ehtiyacı olduğunu vurğulayıb: “Bu günlər ərzində dünya idman ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq. Avropanın bir çox ölkələrində keçirilən yarışlarda iştirak edərkən dəfələrlə bunun şahidi olmuşam. Hamı yarışla bağlı suallar verir, ilk dəfə təşkil ediləcək Avropa Oyunlarında iştirak etmək niyyətində olduğunu deyir. Mən və komanda yoldaşlarım onlara yalnız bir şey deyirik - “bu, gördüyünüz yarışlar içərisində ən yaxşısı olacaq”. Ölkəmin Avropa Oyunlarına necə səylə hazırlaşdığını görmək həqiqətən də qürurvericidi. Biz də bu tarixi hadisənin bir parçası olmaq istəyirik. Üzümü azarkeşlərə tutaraq demək istəyirəm: “Sizin dəstəyinizə ehtiyacımız var. Gəlin, uğura aparan yolda birgə addımlayaq”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info