“G7” ölkələri digər dövlətlərin daxili işinə qarışa bilməz”
Tarix: 10.06.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Xaunsyu şibao”: “Ukrayna böhranı başladıqdan sonra “G7” Rusiyaya qarşı təzyiq edən ABŞ-ın "vassalına” çevrilib”
“G7” ölkələri, dünyanın bütün siyasi proseslərinə nəzarət edə bilmirlər, ona görə də həmin dövlətlər Rusiya və Çinə qarşı daimi olaraq sərt mövqe nümayiş etdirə bilməzlər. “G7” adlı təşkilat artıq öz siyasi təsirini itirib”. Bu fikirlər Çinin populyar “Xaunsyu şibao” nəşrinə aiddir.
Nəşr xüsusi olaraq qeyd edir ki, “Böyük yeddilik” ölkələri artıq 1990-cı illərdə “beynəlxalq siyasi büro” statusunda olduqları kimi təsirə malik deyillər. Bu dövlətlər dünyada cərəyan edən bütün prosesləri izləmək iqtidarında olmadığına görə, Rusiyaya və Çinə qarşı sərt mövqe tuta bilməzlər. Nəşrin yazdığına görə, “G7” ölkələri digər dövlətlərin daxili işinə qarışa bilməz. “G7”də aşkar çatışmazlıqlardan ən ümdəsi, bu təşkilatda Çinin olmaması və Rusiyanın statusunun yenidən bərpa edilməməsidir: “Böyük yeddilik” əvvəlki nüfuzunu bərpa etmək istəyirsə, güzəştə getməklə yanaşı, faydalı məsləhətlərə də qulaq asmalıdır. Amma bu təşkilat bütün bu sadalananlara qarşı gedərsə, bu halda o, zəifləməkdə olan mövqeyini daha da pisləşdirəcək”. Məqalə müəllifi göstərir ki, Ukrayna böhranı başladıqdan sonra “G7” Rusiyaya qarşı təzyiq edən ABŞ-ın "vassalına” çevrilib. Belə ki, bu da qrupun siyasi imicini gücləndirilmək istəyi, onun iqtisadi funksiyalarına mənfi təsir göstərməkdədir: “Əgər “Böyük yeddilik” Çinə qarşı da təzyiq etmək qərarına gələrsə, bu o deməkdir ki, artıq bu təşkilat ”əyri yol”a keçib. Müəllif hesab edir ki, Rusiya və Çinə qarşı təzyiq siyasəti Avropanın maraqlarına uyğun deyil. Çünki yeni soyuq müharibənin ön xəttində yerləşən Avropa bütün halda proseslərdən məğlub çıxır. Bəzi Avropa ölkələrinin iqtisadi problemləri digər Qərb ölkələri ilə müqayisədə son dərəcə ağırıdır”. Qeyd edək ki, “G7” nin son toplantısına irlandiyalı jurnalist Brayan Makdonald da münasibət bildirib. Toplantını faktiki dünya nizamının müzakirə üçün forum ola biləcəyini ehtimal edən Makdonald etiraf edir ki, bu toplantı daha çox ABŞ-ın söhbət salonuna bənzəyir və burada "dost ölkə" fikirləri nəzərə alınmır. Jurnalistin fikrincə, “G7” ən böyük ÜDM-ə sahib olan ölkələrdən təşkil olunsaydı, onda təşkilat ABŞ, Çin, Hindistan, Yaponiya, Rusiya, Almaniya və Braziliya kimi ölkələrdən ibarət olmalı idi. Belə bir heyət isə təbii ki, böyük təsir gücünə də malik ola bilərdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info