İki prospekti birləşdirən küçədə yenidənqurma işləri yekunlaşır
Tarix: 10.06.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki əsas prospekti - Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadrat metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub. Küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib. Hazırda səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.
Qeyd edək ki, Ələsgər Qayıbov küçəsi 70-ci illərdə Ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən salınıb. O zaman Ulu öndərin təkidi ilə Məişət Kondisionerləri zavodunun Ukraynanın Zaporojye şəhərində deyil, məhz Bakıda inşa edilməsinə razılıq verilmişdi. 1973-cü ildə inşasına başlanılan zavoda gediş-gəlişi təmin etmək üçün yeni yolun salınması vacib məsələlərdən biri idi. Ümummilli lider Heydər Əliyev 1975-ci il dekabrın 25-də Bakı Məişət Kondisionerləri zavodunun açılışı ilə bərabər o zaman Xalqlar Dostluğu Xiyabanı adlandırılan küçənin də açılışını həyata keçirdi. Hətta yolun ayırıcı zolağında salınan yaşıllıqda ilk ağacı da Ulu öndər şəxsən özü əkdi. Sonradan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan zavodun ətrafında, küçənin ayırıcı zolağında və kənarlarında iməciliklərin keçirilməsi adət halını aldı.
Küçə sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edildiyindən o vaxt burada səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulmayıb. Nəticədə yağış suları yolun hərəkət hissəsinə yığılır və asfalt örtüyünün deformasiyasına, dağılmasına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında xüsusi əhəmiyyətə malik Ələsgər Qayıbov küçəsinin əsaslı yenidən qurulması işlərinə başlanılıb. İşlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. İki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info