“Bakı-2015” Avropa mətbuatında
Tarix: 10.06.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Avropanın müxtəlif ölkələrini təmsil edən idmançılar iyunun 12-28-də Azərbaycanda keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına tam hazırdırlar.
Oyunlarda iştirak edəcək idmançılar səylə hazırlaşdıqları yarışlarda uğur qazanacaqlarına inanırlar.
Böyük Britaniyanın www.scottishgymnastics.org saytında dərc olunan məqalədə bu ölkənin birinci Avropa Oyunlarında 13 idman növündə təmsil olunacağı vurğulanır. Qeyd olunur ki, 17 gün davam edəcək yarışlarda Böyük Britaniyanın ən yaxşı kişi gimnastı Frank Beynz də iştirak edəcək.
Birinci Avropa Oyunlarında İrlandiyadan 14 idman növünü təmsil edən 63 idmançı iştirak edəcək. Bu barədə “sportswomen.ie” saytında dərc olunan məqalədə məlumat verilir. Bildirilir ki, ümumilikdə İrlandiyanı 12 idman növündə 27 qadın atlet təmsil edəcək.
“lsm.lv” saytında ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Jorj Tikmersin müsahibəsinə istinadən məlumat verilir ki, birinci Avropa Oyunlarında Latviyanı 67 idmançı təmsil edəcək.
“Birinci Avropa Oyunlarında qeyri-olimpiya idman növlərində də yarışlar keçiriləcək. Şəxsən mən karate və sambonun Oyunlara daxil edilməsinə çox şadam”, - deyə Latviyanın Milli Olimpiya Komitəsinin prezidenti bildirib.
Azərbaycanın Oyunlara ənənəvi Şərq təntənəsi ilə hazırlaşdığının qeyd olunduğu yazıda yarışlar üçün nəhəng infrastrukturun yaradıldığı bildirilir.
“Oyunlarda iştirak edəcək hər kəsin rahatlığını təmin etmək üçün Azərbaycan hökuməti əlindən gələni edib. Atletlər Kəndində idmançılar üçün hər cür şərait yaradılıb. Xarici nümayəndələrin rahatlığı üçün hər şey nəzərə alınıb. Ümumilikdə 59 Olimpiya, 200 dünya çempionunun iştirak etdiyi birinci Avropa Oyunlarında Latviyanı da ən yaxşı idmançılar təmsil edəcək. Xüsusilə çimərlik voleybolu və cüdoda medal qazanacağımıza inanıram”, - deyə J.Tikmers müsahibəsində qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info