“Avropa Parlamenti qondarma ittihamlarla Azərbaycana təzyiq göstərməyə çalışır”
Tarix: 10.06.2015 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“İstər Avropa Parlamentində, istərsə də digər beynəlxalq təşkilatlarda antiazərbaycan kampaniyasının bir məqsədi var. Bu, Azərbaycana müəyyən təzyiqlər göstərmək, müəyyən dividentlər əldə etmək və eyni zamanda Azərbaycanın dünyada güclənən mövqeyini zəiflətməkdir”.
Bunu “Trend”ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, burada ikinci məsələ isə Ermənistanın təcavüskar siyasətini gizlətmək, ona verdikləri dəstəyə don geyindirmək üçün daim çalışırlar ki, Azərbaycanla Ermənistanı eyniləşdirsinlər: “Yəni Azərbaycana qarşı hər hansı qondarma ittiham irəli sürməklə Azərbaycanla Ermənistanın mövqeyini bərabərləşdirsinlər və "Niyə Ermənistana sanksiya tətbiq etmirsiniz?" sualına avtomatik cavab versinlər. Şübhəsiz ki, bunlar hamısı süni şəkildə təşkil olunmuş məsələlərdir və həmin beynəlxalq təşkilatların qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə daban-dabana ziddir”.
B.Əliyev qeyd edib ki, qarşılıqlı əməkdaşlıq belə olmur: “Qarşılıqlı əməkdaşlıqda, xüsusilə ilk dəfə tarixdə Avropa Oyunlarının keçirildiyi mərhələdə hamı birləşməlidir. Çünki burada dialoq üçün böyük bir imkan açılır. İdmançılar vasitəsilə siyasətçilər də bu proseslərə qoşulurlar. Cəmiyyətlər bir-birini tanıyır və ümumi bir məxrəcə gəlmək üçün fikir mübadiləsi aparmaq imkanı yaranır. Çox təəssüf olsun ki, bunu sözdə bəyan edirlər, amma əməldə əksinə, bu faydalı əməkdaşlığa hər zaman əngəl yaradırlar”.
B.Əliyev sonra vurğulayıb ki, bu cür şər-böhtan kampaniyalarının heç bir təsiri olmayacaq, Azərbaycan müstəqil, demokratik bir dövlət kimi öz siyasətini davam etdirəcək və dünyada tutduğu öz layiqli yerini daha da möhkəmləndirəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info