Kənan Qubadzadə: “İlk Avropa Oyunlarına maraq kifayət qədər böyükdür “
Tarix: 10.06.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Gənclər Mərkəzi İctimai Birliyinin icra direktoru Kənan Qubadzadə bildirib ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca əlamətdar hadisədir: “Bu Oyunlar Azərbaycan reallıqlarının təbliğ və nümayiş olunması, eləcə də ölkəmizin qüdrətinin ifadə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Əminliklə söyləmək olar ki, Azərbaycan bu Oyunlara uğurla ev sahibliyi edəcək”. “Bakı-2015” ilk Avropa Oyunlarının cəmiyyətimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını deyən K. Qubadzadə əlavə edib ki, bu prosesdə gənclər xüsusi aktivlik nümayiş etdirirlər: “Gənclər Mərkəzi İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində Avropa Oyunlarının mahiyyyəti regionlarda gənclərə çatdırılıb. Gənclərin mövqeyi, ifadə etdikləri fikirlər deməyə əsas verir ki, ilk Avropa Oyunlarına maraq kifayət qədər böyükdür. Bu məsələdə Azərbaycan cəmiyyəti vahid həmrəylik nümayiş etdirir”




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info