Gürcü gənclər: “I Avropa Oyunları təkcə Azərbaycanı deyil, Qafqazı dünyaya tanıdır”
Tarix: 10.06.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Gürcüstanda fəaliyyət göstərən "Borçalı, irəli!" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində “Bakı- 2015” I Avropa Oyunlarına həsr olunmuş aksiya keçirilib. Aksiyanın əsas məqsədi Bakı 2015 oyunlarını ali təhsil müəssisələrində təhsil alan gürcü və xarici tələbələrə tanıtmaqdır.
Möhtəşəm idman yarışı barədə gənclərə məlumat verən "Borçalı, irəli!" İctimai Birliyinin sədri Məhəbbət İmanov “Bakı- 2015” I Avropa Oyunlarının dünyada sülhün və inkişafın tərənnümü olduğunu deyib. Bildirib ki, Avropa Oyunlarının, eləcə də 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili ölkəmizin suveren, tolerant və demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisidir. Azərbaycandakı bu inkişafdan qürur duyduqlarını deyən Borçalı gəncləri əminliklə qeyd edir ki, Bakı 2015 I Avropa Oyunları idman tarixinə qızıl həriflərlə yazılacaq.
Tbilisi Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kurs tələbəsi Giorgi Danelia Bakıda keçirilən Avropa Oyunlarının bütün dünya üçün yenilik olduğunu deyib. Onun sözlərinə görə, bu əlamətdar hadisənin qonşu ölkədə baş tutması təkcə Azərbaycanı yox, eyni zamanda Qafqazı dünyaya tanıdır.
Universitetin etnologiya fakültəsinin 4-cü kurs tələbəsi Vasiq Rexviaşvili isə I Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın böyük qələbəsi hesab edib və bu yolda ölkəmizə uğurlar arzulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info