Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni kadrlar hazırlayacaq
Tarix: 10.06.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi payıza qədər elektron imza infrastrukturu ilə əlaqədar laboratoriya hazırlamaq qərarına gəlib. Belə ki, Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında "Elektron İmza" laboratoriyasının yaradılması nəzərdən keçirilir. Bu barədə MHM-də keçirilən brifinqdə mərkəzin direktoru Nail Mərdanov məlumat verib. Onun sözlərinə görə, tələbə artıq elektron imzanın yalnız nəzəri tərəfi ilə tanış olmayacaq, eyni zamanda imzanı əməliyyatçı kimi praktik olaraq təcrübədən keçirə biləcək. Bu yenilik tələbələrin əməliyyatçı kimi formalaşmasından başlamış, onların imzanın məhsul olaraq hazırlanması, tətbiqi, istismarı, o cümlədən müvafiq açarlardan istifadə edərək müxtəlif sənədlərin imzalanması və s. proseslərdə yaxından iştirakına imkan yaradacaq. Elektron xidmətlərin hazırlanmasının test mühiti kimi fəaliyyət göstərəcək növbəti laboratoriyanın da Azərbaycan Texniki Universitetində qurulması planlaşdırılır. Bununla da müvafiq proseduralarla əyani tanışlıq imkanı qazanan, eyni zamanda proqramlaşdırma bacarığı tam formalaşan tələbə artıq universiteti bitirdikdən sonra istehsalata tam hazır kadr olaraq, rahatlıqla işçi kimi qəbul oluna biləcək. Xatırladaq ki, Azərbaycan Texniki Universiteti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb. Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında "Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik" Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması istiqamətində işlərin icrasına başlayıb. "Elektron idarəçilik, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm-təhsil və biznes səylərini birləşdirmək vəzifəsi qarşıya qoyulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info