Avstriyadakı səfirliyimiz: “Bəzi siyasi qüvvələr Oyunları siyasiləşdirməyə çalışırlar”
Tarix: 10.06.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, I Avropa Oyunlarının başlanılmasına bir neçə gün qalmış bəzi siyasi qüvvələr Oyunları siyasiləşdirməyə çalışırlar”.
Bu barədə Azərbaycanın Avstriyadakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik Avropa İttifaqının vitse-prezidenti Ulrike Lunaçekin Avropa İttifaqıKomissiyasının və Avropa İttifaqı Şurasının üzvlərinə müraciət edərək I Avropa Oyunları zamanı rəsmi tədbirləri boykot etmək çağırışını pisləyib: “Avropa Oyunları barədə düşüncələrin uzun müddət olmasına baxmayaraq, sözügedən yarış yalnız Azərbaycan hakimiyyətinin iradəsi sayəsində bu il baş tutub. Siyasətin idmanla qarışdırılması düzgün yanaşma deyil, idman yarışlarından siyasi təzyiq vasitəsi kimi istifadə qəbuledilməzdir. Belə cəhdlər Oyunlarda idmançıların iştirakına, eləcə də oyunların məqsəd və nəticəsinə mənfi təsir edə bilər”.
Bəyanatda həmçinin beynəlxalq idman yarışlarının vətəndaş cəmiyyətinin tərkib hissəsi olduğu və bu yarışların keçirilməsi ilə ev sahibi olan ölkənin öz cəmiyyətini dünyaya açmış olduğu bildirilir, bütün siyasi qüvvələrə I Avropa Oyunlarını siyasiləşdirmək cəhdlərinə son verməyə və ona yalnız bir idman yarışı kimi baxmağa çağırış edilir. Eyni zamanda U.Lunaçekin hər zaman Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində müxtəlif çağırışlar edərək, onlardan siyasi məqsədlərinə nail olmaq üçün istifadə etməyə cəhd etdiyi vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info