“Lunaçekin ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil”
Tarix: 10.06.2015 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur. Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə beynəlxalq təşkilatlarda bir araya gələrək ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər”.
Bu sözləri açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs edilmiş hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib. O bildirib ki, U. Lunaçek və ətrafı da bu qəbildən olan şəxslərdir: “Eyni zamanda onların bu çağırışlarını bütövlükdə Avropa Parlamentində təmsil olunan ölkələrin və şəxslərin hamısının mövqeyi hesab etmək olmaz. Bu, bir qrup insanın mövqeyidir ki, bunlar Avropa Parlamentində əvvəldən də bizə çox yaxşı tanışdırlar".

B. Muradovanın sözlərinə görə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, Lunaçek də onların ən fəalıdır: “Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə "insan haqları"nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq bunu siyasiləşdirməyə cəhdi göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Avropanın çox ciddi maliyyə böhranı keçirdiyi bir zamanda Avropanın tarixində çox əhəmiyyətli yer tuta biləcək oyunların keçirilməsini bu günə qədər inkişaf etmiş çox populyar Avropa ölkələri üzərinə götürmədiyi halda, Azərbaycan qısa müddət bu ağır yükün altına girib Qərb üçün əhəmiyyətli olan bir platformanın yaranmasına öz töhfəsini verirsə, onlar bunu layiqincə qiymətləndirməlidir. Əgər onlar bunu belə qiymətləndirmirsə, tarix buna öz qiymətini verəcək”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info