Oyunlara qatılacaq boksçularla görüş keçirilib
Tarix: 10.06.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


I Avropa Oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib.
Tədbirdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək, ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib.

O, dövlət başçısı İlham Əliyevin idmana böyük diqqət ayırdığını vurğulayaraq, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun salamını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançının məsuliyyət hissinin artırmalı olduğunu vurğulayıb.
Millimizin baş məşqçisi Pedro Rok boksçularımızın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.
Yığmamızın kapitanı, 2 qat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib.
Boksçumuz Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəyini söyləyib.
Xatırladaq ki, boks yarışları iyunun 16-dan 27-dək “Kristall Hall”da keçiriləcək. Komandamız kişilərin yarışında 10, qadınların turnirində isə 5 idmançı ilə təmsil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info