Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti TBMM-də olub
Tarix: 10.06.2015 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti, Türkiyədə Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, Azərbaycandan gəlib İzmir Universitetlərində təhsil alan tələbələrin təhsillərini daha da uğurlu bir şəkildə başa vurmalarına dəstək məqsədi ilə qurulub.
Məqsədləri arasında Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinin və Xocalı Soyqırımın tanıdılması da olan cəmyyət bu sahədə bir çox fəaliyyətlər həyata keçirməkdədir. Bu məqsədlə cəmiyyətin sədri Dr. Asıf Kurban və bərabərindəki heyət Türkiyə Böyük Millət Məclisi Baş Katibi Dr. İrfan Nəziroğlu ilə TBMM-də görüşüblər. Səmimi bir atmosferdə keçən görüşdə TBMM Baş Katibi Dr. İrfan Nəziroğlu, heyəti TBMM-də görməkdən məmnun olduqlarını, dost və qardaş dövlət olan Azərbaycana hər zaman və hər dəstəyi verməyə hazır olduqlarını deyib. Heyət adından çıxış edən cəmiyyətin sədri Dr. Asıf Kurban sözlərinə onları qəbul etdiyinə görə Baş Katibə təşəkkür edərək başlayıb. Kurban son zamanlarda Türkiyə əleyhinə qondarma erməni soyqırımı iddialarının artmasının, hətta buna Türkiyə vətəndaşı olan insanların da dəstək verməsinin onları çox narahat etdiyini söyləyib. Türkiyəni olmayan, qondarma bir soyqırımla günahlandıranlar çox yaxın tarixdə Azərbaycanın Xocalı şəhərində rrmənilərin həyata keçirtdiyi soyqırımı görməzdən gəlməkdədirlər. Hansı ki, Xocalı Soyqımının canlı şahidləri hələ sağdırlar, bu soyqırımı kimlərin həyata keçirtdikləri hər kəs tərəfindən bilinməkdə və bunlar tam tərsi milli qəhrəman elan edilmiş və ya prezident seçilmişdilər - deyib. Asıf Kurban daha sonra, bu xususlar və Azərbaycan türklərinin acısını paylaşmaq, Türkiyədə yaşayan milyonlarca insanın istəyi olan TBMM-də Xocalı soyqırımına həsr edilən bir oturumun təşkil olunmasını Baş Katibdən xahiş edib. Bu müzakirələrə Xocalı soyqırımının canlı şahidləri və çox sayda qeyri-hökümət təşkilatları da dəvət oluna biləcəyini ifadə edib. İrfan Nəziroğlu da öz növbəsində belə bir tədbirin çox faydalı olacağını və bunun üçün dəstək verəcəklərini bildirib. Daha sonra cəmiyyətin sədri qəbula görə və o günün xatirəsi kimi Baş Katibə cəmiyyətin xatirə hədiyyəsini təqdim edib. TBBM Baş Katibi Dr. İrfan Nəziroğlu da cəmiyyət sədrinə üzərində TBMM-nin emblemi olan hədiyyəni təqdim edib. Görüşdə eyni zamanda cəmiyyətin idarə heyətinin üzvləri Cavid Əliyev, Prof. Dr. Gülmira Kuruoğlu, Nurlanə Axundzadə Akfidan, Dr. Faiq İsayev, Fərid Novruzov və Dr. Vəfa Kurban da iştirak ediblər. Görüşdən sonra heyət məclis binasını gəzib. Onlara TBMM quruluşu, məclis binası və məclisin iş sistemi ilə bağlı geniş məlumat verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info