“ABŞ polisinin günlərlə öldürdüyü insanların sayı digər ölkə polislərinin illərlə öldürdüyündən çoxdur”
Tarix: 10.06.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“The Guardian”: “2015-ci ilin ilk 24 günü ərzində ABŞ polisi İngiltərə və Uelsdə polisin 24 il ərzində güllələdiyindən daha çox insan güllələyib”

ABŞ özünü dünyada “insan haqları hamisi”, “demokratiya mərkəzi” kimi qələmə verməyə cəhdlər etməsinə baxmayaraq, bu ölkədə baş verən qətllər, zorakılıq faktları tamam başqa mənzərəni açıb ortaya qoymuş olur. Bəlli olur ki, bu zorakılıq və qətllər digər ölkələrdə törədilən qətllərdən çoxdur. Ən pisi isə odur ki, bu cür qətl və zorakılıqlar ABŞ polisi tərəfindən törədilir. Beləliklə, Böyük Britaniyanın “The Guardian” media qurumunun bu barədə ortaya çıxardığı faktları oxucuların diqqətinə çatdırırıq.
“The Guardian” yazır ki, ABŞ-da bu ilin ötən dövrü ərzində polis tərəfindən öldürülmüş insanlarla bağlı hesablama aparılıb: “ABŞ polisinin günlər ərzində öldürdüyü insanların sayı digər ölkələrin polislərinin illər ərzində öldürdüyündən çoxdur. Bu inkarolunmazdır ki, ABŞ digər inkişaf etmiş demokratik ölkələrdə polislə bağlı daha çox zorakı situasiyaların və daha ağır silahlanan fərdlərin olduğunu sübut etməyə çalışır. Amma faktlar göstərir ki, ABŞ bu baxımdan heç də istisna deyil. Əksinə, ABŞ bu baxımdan daha pis durumdadır və bu da böhrandan xəbər verir. 2015-ci ilin ilk 24 günü ərzində ABŞ polisi İngiltərə və Uelsdə polisin 24 il ərzində güllələdiyindən daha çox insan güllələyib. “The Guardian”ın bu barədə xüsusi layihəsi olan “The Counted”ə görə, göstərilən dövr ərzində - yanvarən 1-dən 24-ə qədər ABŞ-da polis tərəfindən faciə ilə nəticələnən 59 atəş açılıb. Böyük Britaniyanın “Inquest” qrupunun faktlarına əsasən, İngiltərə və Uelsdə 1990-cı ildən 2014-cü ilə qədər cəmisi 55 bu cür atış baş verib.
İslandiyada isə ölkənin 71 illik tarixində cəmisi bir dəfə bu cür atış baş verib. İslandiyanın bütün əhalisindən cəmisi 25 min nəfər az olan Stokton və Kaliforniyada isə 2015-ci ilin ilk 5 ayında üç faciəvi polis atəşi açılıb.
Daha bir fakt odur ki, ABŞ polisi hər həftə ərzində Almaniya polisinin bir il ərzində öldürdüyündən daha çox adam güllələyərək öldürüb.
Yaxud ABŞ polisi bu ilin bir ayı ərzində Avstraliya polisinin 19 il ərzində öldürdüyündən daha çox adam güllələyərək öldürüb. Kanadada orta hesabla, hər il polis tərəfindən faciə ilə nəticələnən 25 atəş açılır. ABŞ-ın Kaliforniyasının əhalisi Kanada əhalisindən cəmisi 10 faiz artıqdır. Kaliforniyada cəmisi üç ayda faciə ilə nəticələnən polis atəşləri Kanadada bir ildə baş verən bu cür atəş hallarından 3 dəfəyə qədər çoxdur.
Yaxud başqa bir fakt odur ki, ABŞ polisi adicə daşla silahlanmış Antonio Zambrano-Montesə 17 güllə vurub. Bu 17 güllə isə Finlandiyada bütün 2013-cü il boyu atılan bu cür atəşlərin sayına bərabərdir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info