Namiq Əliyev: “ABŞ dünyada insan hüquqlarının ən çox tapdalandığı ölkələrdən biridir”
Tarix: 10.06.2015 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi bu gün Beynəlxalq Mətbuat Mərkəsizndə (BMM) "Bakı-2015” Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası" və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının birgə təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusunda dinləmələr keçirilib.
Tədbirdə çıxış edən “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bildirdi ki, ABŞ başqa ölkələrdə insan hüquqları ilə bağlı problemləri qabartmağa cəhd edir. Halbuki dünyada insan və vətəndaşların hüquq və azadlıqlarının ən çox tapdalandığı ölkələrdən biri elə ABŞ-ın özüdür: “Dünya üzrə həbsxanalarında ən çox məhbus olan ölkə ABŞ-dır. Dünya əhalisinin cəmisi 5 faizi ABŞ-da yaşadığı halda, dünya həbsxanalarındakı məhbusların 25 faizi bu ölkədədir. Dünyada polisin dinc vətəndaşları, o cümlədən uşaqları daha çox öldürdüyü ölkə də ABŞ-dır. Burada hər gün polis tərəfindən 2 nəfər qətlə yetirilir. ABŞ, həmçinin dünyada müharibə veteranlarının ən çox intihar etdiyi ölkədir. Hər 80 dəqiqədə bir müharibə veteranı özünə qəsd edir. Təbii ki, bu intiharlar da səbəbsiz deyil, çox ciddi sosial-psixoloji problemlərlə bağlıdır. Bundan başqa dünyanın ən çox borclu dövləti də ABŞ-dır. Bu ölkənin 18 trilyon dollardan artıq dövlət borcu var, yəqin ki, müxtəlif “demokratik” bəhanələr gətirib bu pulları heç qaytarmayacaqlar... ABŞ əksər ölkələrdə söz azadlığının olmadığını deyir. Buna rəğmən əslən Ukraynadan olan Valentina Lisiça adlı gənc pianoçunun başına gətiriləni xatırlatmaq istəyirəm. 20 ildir ABŞ-da yaşamasına baxmayaraq, “Twitter”də Ukrayna ilə bağlı ABŞ-ın marağına uyğun olmayan fikrinə görə ona konsert verməyi qadağan etdilər. Bir sözlə, bütün sadalananlar göstərir ki, ABŞ-ın özündə insan hüquqları ilə bağlı çox ciddi problemlər var. Belə olan halda, Azərbaycan kimi yenicə müstəqilliyə qovuşmuş ölkələrə dair qərəzli dinləmələr keçirmək ədalətsizlikdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info