“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb
Tarix: 10.06.2015 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


İyunun 10-da konfrans işini panellər formatında davam etdirib. “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Rəşad Cəbrayılov konfransda çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərindən, tarixi tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən və dövlətin dinə qayğısından danışıb.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dini radikalizmlə mübarizə çərçivəsində görülən işlərdən, dini maarifçilik işinin təşkili ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Gündüz İsmayılov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, yerlərdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Daha sonra Əliheydər Zülfüqarovun “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” və Ruslan Əsgərovun “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər gənclərin maariflənməsi və radikal qüvvələrin təsiri altına düşməməsi üçün dini maariflənmənin aparılmasının, gənclərə, o cümlədən yeniyetmələrə milli-mənəvi dəyərlərimizin aşılanmasının vacibliyindən danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info