“Məqsədim ilk Avropa Oyunlarının çempionu olmaqdır”
Tarix: 10.06.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın ulduz idmançısı, cüdoçu Elmar Qasımovun məqsədi “Bakı-2015”-də doğma divarlar arasında qələbə qazanmaqdır. Oyunların Əməliyyat Komitəsindən verilən məlumata görə, Azərbaycanın cüdo üzrə dünya ikincisi E.Qasımov “Bakı-2015”-də doğma divarlar arasında qızıl medala sahibolma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb.
Çəki kateqoriyası üzrə dünya reytinqində ikinci sırada yer alan E.Qasımov Mərakeşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qran-pri yarışları və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən “Böyük dəbilqə” yarışında gümüş medala layiq görülüb. 2014-cü ildə Rusiyanın Tümen şəhərində təşkil olunmuş “Böyük dəbilqə” yarışında qızıl, 2014-cü ildə keçirilmiş Avropa Çempionatında isə gümüş medal qazanıb. “Bakı-2015” Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış videoçarxda cüdoçumuz bildirib: “Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır”. E.Qasımov yarışlar zamanı diqqəti toplamağın uğur üçün əsas olduğunu bildirib: “Tatamiyə çıxarkən ancaq rəqibimi düşünürəm, başqa heç nə. Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram.” O bildirib ki, artıq 16 ildir ki, cüdo ilə məşğuldur və doğma divarlar arasında ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizədə çox həyəcanlıdır: “Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir. Qələbə mənim həvəsimdir”. Qeyd edək ki, cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
26.09.2018
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info