Çin şirkətinin saytından çıxarılıb
Tarix: 11.06.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


İşğaldakı ərazilərimizdə istehsal olunan məhsullarla bağlı məlumatlar
Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların satışı, turizmin inkişafı, həmin ərazilərə yük daşımaları və s. barədə məlumatlar Çinin "Alibaba" şirkətinin saytından (“www.alibaba.com”) çıxarılıb.
Bu barədə Azərbaycanın Çindəki səfirliyindən məlumat verilib. Məsələ ilə əlaqədar səfirlik əməkdaşı “Alibaba” şirkətinin Pekin şəhərindəki ofisində şirkətin vitse-prezidenti Donqvey Şi ilə görüşüb. Görüş zamanı səfirlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı geniş məlumat verilib, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən Çinin də dəstəyi ilə dörd qətnamə qəbul olunduğu diqqətə çatdırılıb. Həmçinin Çinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu və bu mövqenin 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin ÇXR-ə rəsmi səfəri zamanı qəbul edilmiş Birgə Bəyannamədə qeyd olunduğu bildirilib. Şirkətin vitse-prezidenti Donqvey Şi “Alibaba” şirkətinin siyasi təşkilat olmasa belə, ölkəsinin siyasi mövqeyinə hörmətlə yanaşdığını və qeyd olunan məsələ ilə ciddi məşğul olacaqlarını diqqətə çatdırıb. O, Azərbaycan və Çinin iki dost ölkə olduğunu vurğulayaraq, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün müvafiq işin aparılacağına tam təminat verib və “Alibaba” şirkəti olaraq ölkəmizlə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info