Yunanıstanın yeni təklifləri kreditorları qane etmir
Tarix: 11.06.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Yunanıstanın yeni təklifləri kreditorları qane etmir. Avropa siyasətindəki mənbələrə istinad edən bəzi KİV-lərin məlumatına görə, Avropa İttifaqı - Latın Amerikası sammiti çərçivəsində Avropa Komissiyası, Yunanıstan, Almaniya və Fransa liderlərinin bu günə planlaşdırılmış görüşü ləğv oluna bilər.
“Euronews” telekanalı xəbər verir ki, Avropa Qrupunun sədri Yerun Deysselblum əsas problemin Afinanın hər vəchlə yan keçməyə çalışdığı pensiya islahatları olduğunu bildirib. Nəzəri cəhətdən bugünkü görüş baş tutsa və səmərəli olsa, maliyyə yardımı paketi artıq gələn həftə yenidən açıla bilər. Lakin tərəflər belə nəticəyə inanmırlar. Yunanıstanın maliyyə naziri Yanis Varufakis iyunun 9-da kreditorları sövdələşmə bağlamaq istəməməkdə ittiham edib və “üçlüyün” yeni təkliflərini geriyə, başlanğıc nöqtəsinə qayıdış adlandırıb. Ekspertlərin fikrincə, Yunanıstan rəhbərliyi kreditorların tələbləri və özlərinin seçkiqabağı vədləri arasında ən zərərsiz güzəşt axtarmağa çalışır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info