“Vorotan”ın satışından əldə ediləcək vəsait borca ödəniləcək
Tarix: 11.06.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Gərək ki, belə deyirlər: “Borc alan azadlığını satar”. Ermənistanın hazırkı durumu da bu vəziyyətdədir. Artıq bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcları da rekord həddə çatıb.
Problemin başqa bir tərəfi bundan ibarətdir ki, bu ölkəyə xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi də azalıb. Bu ölkəyə qəyyumluq edən xarici erməni şirkətləri də artıq yardımdan imtina etməkdədirlər. Son rəsmi məlumatlara görə Ermənistanın ümumi daxili və xarici borcu 4 milyard 658 milyon 941 min dollara çatıb. Xatırladaq ki, bu hələ may ayının əvəlinə olan göstəricidir. Bu məbləğin 3 milyard 968 milyon 774 min dolları dövlət borcudur. Bununla belə, Ermənistan hökuməti hazırda enerji sektorunda yığılan borclara görə yaranan problemlərdən “şikayətlənir” və iddia edir ki, bütün bunlar obyektiv səbəblərə görə formalaşıb. İndı məlum olur ki, dövlət borcu “elitar strukturların” maliyyələşməsi hesabına artır. Bu məsələni dəyərləndirən “Tert.am” yazır ki, “Vorotan” elektrik müəssisəsinin fəaliyyəti "Qəbul Evi" ASC tərəfindən maliyyələşib. Əslində müəssisənin fəaliyyəti üçün götürülən borc binanın təmirinə, yeni mebellərin alınması və əməliyyat dəyərinin həyata keçirilməsinə sərf edilib. Bu məqsədlə də ASC 1.5 milyarddan artıq dram borc götürmək “məcburiyyətində” qalıb. İndi hökumət “Vorotan” elektrik müəssisəsinin satışından əldə ediləcək vəsait hesabına bu borcları ödəmək qərarına gəlib. “Aykakan Jamanak” nəşrinin məlumatına görə, Ermənistan hökuməti əldə edilən 17 milyard dram və ya 35 milyon dollarla müxtəlif şirkətlərin borclarını ödəmək niyyətindədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info