“Avropa Parlamentinin məqsədi Oyunlar ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaqdır”
Tarix: 11.06.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentinin məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, Azərbaycana problem yaratmaqdır”. Bunu ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini Azay Quliyev Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə münasibət bildirərkən deyib.
A.Quliyev bildirib ki, Avropa Parlamentinin bir qrup üzvü artıq bir neçə aydır ki, antiazərbaycan kampaniyasını davam etdirirlər: "Avropa Parlamenti bu mövqeyi ilə Avropa institutlarına zərbə vurur. Çünki Avropa institutları, Avropa İttifaqı, Avropa Parlamenti belə bir dinləmələrə şərait yaratmaqla, Avropa Parlamentinin vitse-prezidentləri səviyyəsində onlara ev sahibliyi etməklə, heç də həmin məhbusların hüquqlarını qorumaq niyyəti güdmürlər. Həmin məhbuslara yaxşılıq etmirlər. Onların niyyəti heç də Azərbaycanda ayrı-ayrı fərdlərin hüquqlarının qorunması deyil. Niyyətləri nəyin bahasına olursa-olsun, kiçik bir faktdan da olsa yapışıb onu böyük bir kampaniyaya çevirməklə Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq, müəyyən mənada Azərbaycana problem yaratmaqdır. Biz bunu bilirik. Amma onlar dərk etməlidirlər ki, bununla təkcə Azərbaycana deyil, Avropa Parlamentinə də, Avropa İttifaqına da böyük pislik etmiş olurlar. Sual olunur. Bu gün Azərbaycanla Avropa Parlamentinin və yaxud da Avropa İttifaqının münasibətlərinin pozulması kimə sərf edir? Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edibmi? Xeyr. Bu gün bu münasibətlərin pozulması şübhəsiz ki, nə Azərbaycana, nə də Avropa İttifaqına sərf etmir. Bu, ücüncü tərəfə sərf edir. Sual olunur. Niyə bunlar bu qədər canfəşanlıqla münasibətləri pozmağa çalışırlar? Demək ki, onları kimsə idarə edir". Deputat hesab edir ki, bu gün həmin qurumlar sifariş yerinə yetirirlər: “Burada Avropa Parlamentinin, başda isə qurumun prezidenti Martin Şultsun ən böyük səhvi ondan ibarətdir ki, bu şəxs özünün qrupları vasitəsilə o qədər də tanınmayan, siyasi səhnədə özünü yeni sübut etməyə çalışan insanların vasitəsilə Azərbaycanla danışmaq istəyir, müəyyən mənada Azərbaycana təzyiq etmək istəyir. Şults gərək bu məsələlərə konkret münasibət bildirsin. Şults deməlidir ki, niyə indiyə qədər, 3 il ərzində Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında yaradılmış əməkdaşlıq komitəsinin iclası keçirilmir? Şults gərək aydınlıq gətirsin ki, niyə yeni tərkibdə olan Avropa Parlamentinin üzvləri bir dəfə də olsun Azərbaycana səfər etməyiblər və yaxud da səfər edənlərin qarşısı niyə alınıb? Şults gərək aydınlıq gətirsin ki, niyə Avropa İttifaqına üz çevirən, qurumun dəyərlərini heçə endirən və gedib Rusiyanın Gömrük İttifaqına qoşulan işğalçı Ermənistana niyə dəfələrlə səfərlər təşkil olunub? Niyə Ermənistanda Avronest Parlament Assambleyasının illik toplantısı keçirilib? Niyə belə münasibət Azərbaycana göstərilmir? Əgər doğrudan da bunları insan haqları narahat edirsə, niyə onlar Ermənistandakı insan haqları ilə bağlı belə bir dinləmə keçirmirlər? Azərbaycanda erməni təcavüzü nəticəsində bir milyondan artıq insanın pozulmuş hüququ onları niyə maraqlandırmır?”




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info