“İlk Avropa Oyunlari gənc rəssamların gözü ilə”
Tarix: 11.06.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunlari gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların rəsm işlərindən ibarət sərgi açılıb.
Tədbirdə layihənin rəhbəri Samir Quliyev çıxış edərək layihə haqqında məlumat verib, qeyd edib ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərginin keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq və gənc istedadlı rəssamların üzə çıxarılmasına təkan verməkdir.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev gənc rəssamların belə layihələrdə iştirakını öz çıxışında yüksək qiymətləndirib və bütün iştirakçılara təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov gəncləri qazandıqları uğurlara görə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Layihə çərçivəsində nümayiş olunan rəsm əsərlərinə görə I yerə gənc rəssam Aysel Əliyeva, II yerə Şəhla Abbasova, III yerə isə Lalə Heydərova layiq görülüb. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub. Sonra sərgi açıq elan edilib. Sərgidə gənc rəssamların 100-dən çox rəsm əsəri nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info