“Guardian”: “Bu il ABŞ-da polis 500 nəfəri öldürüb”
Tarix: 11.06.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


ABŞ-da polislərin vətəndaşlara qarşı zorakılıq hallarının ilbəil artması göz önündədir. Tez-tez polislərin hətta uşaqlar, yeniyetmələrə atəş açması ilə bağlı videolar fotolar da ortaya çıxır. Bu isə sözügedən ölkədə vətəndaş-polis münasibətləri ilə bağlı ciddi problemlərin olduğunu göstərir. 2015-ci ildə isə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 500 nəfərə çatıb.
Bu barədə “Guardian” qəzeti öz araşdırmaları nəticəsində yazıb.
Nəşrin qeyd etdiyinə görə, ilin axırınadək öldürülənlərin sayı 1000 nəfərə çata bilər.
Onlardan 49,6%-ı ağdərili, 28,2% - qaradərili, daha 14,8%-ı latın amerikalılar olub. Öldürülənlərin əksəriyyəti (95,2%) kişilər olub, onlardan 21%-nın üstündə silah olub.
Son on il ərzində ABŞ-da polis əməkdaşları min dəfə vətəndaşlara atəş açsalar da, cinayət məsuliyyətinə cəmi 54 dəfə cəlb ediliblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info