“Antiazərbaycan qüvvələr ölkəmizin imicinə kölgə salmağa cəhd göstərirlər”
Tarix: 11.06.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Birinci Avropa Oyunları kimi tarixə düşəcək bir yarışın Azərbaycanda keçirilməsi və bu Oyunlara hazırlıq işlərinin çox yüksək səviyyədə başa çatdırılması Azərbaycanı istəməyən qüvvələri son vaxtlar daha da fəallaşdırıb”. Bunu Milli Məclisin deputatı Rauf Əliyev “Trend”ə deyib.
R.Əliyev bildirib ki, bu qüvvələr çox yaxşı başa düşürlər ki, bu Oyunların yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq, ölkəmizin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirəcək: “Yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətlərinin üzvləri, turistlər əyani surətdə Azərbaycanda əldə olunmuş nailiyyətlərlə, real vəziyyətlə tanış olacaqlar. Bundan başqa, dünyanın aparıcı telekanalları Azərbaycan həqiqətlərini bütün dünyaya yayımlayacaqlar. Buna görə də antiazərbaycan qüvvələr nəyin bahasına olursa-olsun Azərbaycanın imicinə kölgə salmağa cəhd göstərirlər”.
R.Əliyev deyib ki, Avropanın və ABŞ-ın insan hüquqları və demokratiya sahəsindəki ixtisaslaşmış qurumları, Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Birliyinin bəzi qurumları tərəfindən Azərbaycana qarşı hücumlar daha da güclənir: “Avropa Parlamentinin Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “İdman və insan hüquqları” mövzusunda dinləmələr aparması Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu dinləmələrin ideya müəllifləri Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunarçekdir.
R.Əliyev qeyd edib ki, antiazərbaycan qüvvələr öz çirkin məqsədləri üçün böyük bir idman bayramından siyasi alət kimi istifadə etməyə cəhd göstərirlər: “Çox maraqlıdır ki, üzdəniraq hüquq müdafiəçiləri insan hüquqlarından danışarkən doğma ata-baba yurdlarından qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarını niyə yada salmırlar? Niyə Avropa Parlamenti Ermənistan dövlətinin qonşu Azərbaycanın ərazisini işğal etməsini pisləyən, onu təcavüzkar bir dövlət kimi tanıması məsələsini müzakirəyə çıxarmır? Çünki bu qüvvələr əksinə, Ermənistanın təcavüzkar siyasətini gizləmək, ona don geyindirmək üçün daima çalışırlar ki, Azərbaycanla Ermənistanın mövqeyini eyniləşdirsinlər”.
R.Əliyev sonra vurğulayıb ki, məqsəd Bakıda keçiriləcək möhtəşəm idman tədbirinin açılış günü ərəfəsində bu mötəbər yarışın keçirilməsinə, ümumilikdə isə Azərbaycanın imicinə kölgə salmaqdır: "Ancaq bu cəhdlər bu vaxta kimi boşa çıxıb və bundan sonra da boşa çıxacaq. Azərbaycan həmişə əməkdaşlıq etdiyi bütün ölkələrlə, o cümlədən qərb dünyasını təmsil edən dövlətlərlə də münasibətini müstəqil sürətdə qarşılıqlı anlaşma və fayda prinsipləri əsasında qurmağa çalışıb və bundan sonra da belə olacaq. Ancaq Qərb dövlətləri Azərbaycanla münasibətlərini ancaq öz məqsədlərinə uyğun, öz istəkləri formasında qurmağa çalışırlar. Göstərilən təzyiqlərin əsas səbəbi budur”.
R.Əliyev qeyd edib ki, bütün bu antiazərbaycan kampaniyalarının heç bir nəticəsi olmayacaq: “Çünki Azərbaycan öz Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi müstəqil, Azərbaycanın milli maraqlarına cavab verən siyasəti ilə daha da inkişaf edəcək və bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq. Birinci Avropa Oyunları Bakıda yüksək səviyyədə keçiriləcək və tarixə qızıl hərflərlə yazılacaq”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info