Səudiyyə Ərəbistanı Krallığının səfiri Tərcümə Mərkəzində olub
Tarix: 11.06.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah əs-Səlim Tərcümə Mərkəzində olub.
Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, qısa müddət ərzində görülən işlər, beynəlxalq aləmdə genişləndirilən əlaqələr, həmçinin ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışaraq, səfiri Mərkəzin nəşrləri ilə tanış edib.
Səfir Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin hər sahədə möhkəmlənməsindən danışaraq, bu münasibətlərdə ədəbiyyatın, tərcümə sənətinin xüsusi rolunu qeyd edib: “Əminik ki, ay yarım bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri mədəniyyət və ədəbiyyat sahəsində də əlaqələrin yenidən dirçəlməsinə kömək edəcək. Bildiyimə görə, Azərbaycan dilində 5 mindən çox ərəb sözü var. Həmçinin, ərəb dilinin Quran dili olması, bu dili şərəfləndirən bir məqamdır. Azərbaycan müsəlman ölkəsi olduğundan, bu dil sizin ölkə üçün də mühüm əhəmiyyətə malikdir”.
Daha sonra səfir Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Tərcümə İdarəsi ilə əməkdaşlığa dair Memorandumu Mərkəzin direktoruna təqdim edərək, həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan nümayəndələrindən ibarət müştərək Komissiya yaradılması təklifini irəli sürüb: “Bu Komissiya hər iki ölkənin ədəbiyyatından dəyərli nümunələri seçib, Azərbaycan dilindən ərəbcəyə, həmçinin, ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin həyata keçirilməsini təşkil edə və bununla da, müştərək layihələrimizə köməklik göstərə bilər. Tərcümə çox həssas prosesdir. Hər iki tərəfdən nəzarət güclü olmalıdır. Xüsusilə də, bədii ədəbiyyatların tərcüməsində. Səudiyyə Ərəbistanının bu sahədə böyük təcrübəsi var. Ən təcrübəli dil mütəxəssisləri ilə əməkdaşlıq edirik. Buna baxmayaraq, onların da fəaliyyətinə müvafiq qurumlar nəzarət edir”.
Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində hazırlanmış nəşrlər kataloqu təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info