“Avropa Parlamenti sanki hansısa xəstəliyin simptomuna çevrilib”
Tarix: 11.06.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


"Avropa Parlamentinin ilk Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması, nə qədər qəribə görünsə də, təəccüblü deyil. Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib". Bunu mətbuata açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov iyunun 8-də Avropa Parlamentində bir qrup deputatın Azərbaycana qarşı aksiyasını və iyunun 10-da isə Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələrin keçirilməsini şərh edərkən deyib.
Ə.Əhmədov deyib ki, Azərbaycan bu günlərdə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi qayğısı ilə yaşayır: "Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikkin "New York Tayms" qəzetinə verdiyi müsahibəsində açıq-aşkar bildirir ki, Avropa iqtisadiyyatı geriləməyə başladığından, Azərbaycan oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi. Deməli, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürməsəydi, həmin oyunların taleyi başqa cür ola bilərdi. Görəsən, Avropa idman hərəkatı tarixində önəmli hadisə ərəfəsində Azərbaycanı saxta ittihamlarla tənqid edən Avropa Parlamentinin üzvləri bu hərəkətlərinin nə demək olduğu barədə fikirləşirlərmi?”
Ə.Əhmədov qeyd edib ki, əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur: “Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir hüqüqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir.” YAP-ın sədr müavini bildirib ki, idman həmişə sülhün carçısı olub: "İnsanları, xalqları, dövlətləri yaxınlaşdırıb. Bakıda keçirilən ilk Avropa Oyunları da idmanın bu ənənəvi missiyasından kənarda qalmayıb. Görünür, Avropa Parlamentində heç bunu da istəmirlər. Qeyri - ixtiyari olaraq onlara xitabən demək istəyirsən: idmanı siyasətə qatıb gözdən salmayın. Ukraynada baş verən faciələrin, tökülən qanların, dağılan talelərin qarşısını ala bildinizmi. Bir il bundan əvvəl rahat, dinc, firəvan həyat yaşayan bir ölkə indi qan içindədir, parçalanmaq üzrədir. Nifaq salmaq, xalqları bir - birinə qarşı qaldırmaq, dağıtmaq, uçurmaq çox asandır. İnsanlar isə tam əksini arzulayır. İmkan verin, hər bir xalq öz taleyinə sahib olsun, rahat və firəvan yaşasın. Avropa İttifaqında həllini gözləyən kifayət qədər problem var və AP deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar”.

Nigar



















 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“
23.05.2019
“Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info