“Bakı küləklər şəhəridir və inanıram ki, oyunlar qeyri-adi olacaq”
Tarix: 11.06.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarında kamandan oxatma üzrə yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Kişilər və qadınlar arasında keçirilən kamandan oxatma yarışı idmançıların 70 metr məsafədən 122 santimetr uzunluğunda oxları hədəfə doğru yönəltdikləri dəqiq idman növüdür. Maksimum 10 xalla qiymətləndirilən, mərkəzi qızılı rəngdə olan halqanın diametri 12,2 santimetrdir.
“Bakı-2015” ilk Avropa Oyunlarında keçiriləcək kamandan oxatma yarışları üzrə menecer Karolina Villeqas oyunların gərgin mübarizə şəraitində keçəcəyi ilə yanaşı, çətinliklərin də olacağını vurğulayıb. O, yaranacaq çətinliklərin idmançılar üçün problem olmayacağı qənaətindədir: “İdmançılar bilirlər ki, bu problemin öhdəsindən gəlməlidirlər. Yarışın çətin və ya asan olduğunu öyrənməlidirlər”.
Onun fikrincə, yaranacaq bu maneələr təkcə Bakı şəhəri üçün xarakterik deyil. Belə ki, bu, açıq idman növüdür və yarışların güclü küləyə uyğunlaşdırılması oxatanların üzləşməli olduğu problemdir. “Bu vəziyyət haqqında uzun müddətdir ki, düşünürük, külək, həqiqətən, vəziyyəti çətinləşdirir. Bakı küləklər şəhəridir və inanıram ki, oyunlar qeyri-adi olacaq. Əgər güclü külək şəraitində 10 xal qazansanız, deməli, ustasınız”, - deyə Karolina Villeqas bildirib.
Xatırladaq ki, kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info