Gənclər Avropa İttifaqının ikili standartlarına etiraz edib
Tarix: 11.06.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri iyunun 11-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Avropa İttifaqının Azərbaycana qarşı ikili standartlarla yanaşmasını kəskin tənqid
ediblər.

Gənclər “Azərbaycana qarşı idman vasitəsilə təzyiq yolverilməzdir”, “Azərbaycan xalqının milli maraqlarına qarşı çıxmaqdan əl çəkin!”, “Azərbaycana qarşı antitəbliğat işlərinə son qoyun!”, “İdmanı siyasiləşdirməyin!” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları bu cür qarayaxma kampaniyalarına, ikili standartlara təkcə ölkə gənclərinin deyil, bütün xalqın etiraz etdiyini bildiriblər. Onlar Azərbaycanın möhtəşəm idman bayramını qeyd etməyə hazırlaşdığı bir vaxtda bu cür çirkin kampaniyalarla üzləşməsinin böyük ədalətsizlik olduğunu qeyd ediblər. Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə deyilir: “İyunun 12-də təntənəli açılışı gözlənilən birinci Avropa Oyunları öz miqyasına və əhəmiyyətinə görə adi bir idman yarışması olmayıb, son illər qitənin sosial və mədəni həyatında baş verən ən mühüm hadisələrdən biridir. Bu möhtəşəm idman bayramını təşkil etmək məsuliyyətini öz üzərinə götürmüş Azərbaycan, qısa müddətdə bütün hazırlıq işlərini uğurla yekunlaşdıra bilib. Bununla belə, ölkəmizin sürətli inkişafını, siyasi plüralizm, vətəndaş cəmiyyəti və hüququn aliliyinin təmin edilməsi istiqamətində qazandığı uğurları gözü götürməyən bəzi dairələr fürsətdən yararlanaraq, misli görünməmiş böhtan və qarayaxma kampaniyası aparmağa başlayıb. Xeyli müddətdir ki, erməni lobbisinin təhriki və neoimperialist təfəkkürlü qüvvələrin himayəsi altında fəaliyyət göstərən bir sıra xarici QHT-lər və media orqanları Oyunların əhəmiyyətini azaltmaq, Azərbaycanı gözdən salmaq üçün ciddi cəhdlə çalışırlar. Təəssüf ki, bütün Avropa ölkələrini və xalqlarını bir yerə toplayan, birliyi, dostluğu və həmrəyliyi tərənnüm edən Birinci Avropa Oyunlarının təşkilatçısına qarşı aparılan bu cür şərəfsiz missiyaya Avropa Parlamentindəki müxtəlif qruplaşmalar və qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər də qoşulub. Biz, Azərbaycandakı gənclər təşkilatlarının təmsilçiləri, anti-Azərbaycan şəbəkəsinin əlalatısı rolunda çıxış edərək çirkin əməlləri ilə öz reputasiyalarını korlamış Martin Şults və Ulrike Lunaçek kimilərin demokratiya və azadlıq ideyalarına zidd hərəkətlərə etiraz edir, Azərbaycana qarşı qərəzli və məkrli fəaliyyətlərə son qoymağı tələb edirik. Eyni zamanda, Krımın ilhaqına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmiş Avropa İttifaqının və Birliyə üzv ölkələrin rəhbərliyindən işğalçı Ermənistana qarşı da adekvat addımların atılmasını gözləyirik. Ümid edirik ki, Avropa Parlamentindəki sağlam düşüncəli deputatlar, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bizim etirazımızı anlayışla qarşılayıb tələblərimizi nəzərə alacaq. Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info