“Azərbaycan əleyhinə dinləmələrin mütəmadi xarakter alması Avropa Parlamentinin özünün imici üçün ləkədir”
Tarix: 11.06.2015 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“Avropa Parlamentində bir qrup şəxs tərəfindən Azərbaycanla bağlı dinləmələrin son günlər mütəmadi şəkil alması onu göstərir ki, Avropa Oyunları ərəfəsində bizə düşmən qüvvələrin aktivləşməsi bu təşkilatda da özünü göstərir. Bu, artıq hansısa insan haqları ilə bağlı müzakirə yox, birbaşa Azərbaycanın imicini ləkələmək cəhdini qarşıya məqsəd qoyulmasıdır ki, bunun da arxasında təbii ki, bu işdə maraqlı olan erməni lobbisi var. Bütün bunlar Avropa Parlamentinin özünün imici üçün əsl ləkədir”.
AZADİNFORM xəbər verir ki, bunu Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün Avropa Parlamentində sədr Martin Şults tərəfindən Azərbaycanda insan haqları ilə bağlı təşkil olunan dinləmələrə münasibət bildirərkən deyib. O qeyd edib ki, Avropa Parlamentindəki bu şəxslər insan haqlarını əsas kimi götürsələr də, daim ayrı-ayrı ölkələrin suveren hüquqlarına təcavüz etmiş olurlar: “Son vaxtlar erməni lobbisinin təkidi ilə bu siyahıya Azərbaycanın da adı salınıb. Bu dinləmələrin adı da ziddiyyətlidir. “İdman və insan haqları” adlı dinləmələrin keçirilməsi, onu göstərir ki, idmandan da siyasi amil kimi istifadə etmək əsas hədəf kimi götürülüb. Azərbaycanda belə mötəbər oyunların keçirilməsi, Azərbaycanın bu oyunlara ev sahibliyi edərək dünya qarşısında etimadını bir daha artırması təbii ki, erməniləri narahat edir. Bu narahatlıq da təəssüf ki, Avropa Parlamentində bəzi şəxslərdə də müşahidə olunur. Həqiqət isə bundan ibarətdir ki, əgər onlar üçün Azərbaycanda hansısa problem maraqlı olsaydı, indiyə qədər Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə bağlı heç olmasa bir dəfə müzakirələr keçirərdilər. Amma keçirmirlər, çünki erməni lobbisi onlara icazə vermir”.
Ə. Hüseynlinin sözlərinə görə, bu dinləmələr antiazərbaycan mərkəzlər tərəfindən əvvəlcədən planlı şəkildə hazırlanaraq Azərbaycanda mötəbər oyunların keçirildiyi ərəfədə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsidir: “Bu, nə tərəfdaşlığa, nə hüququn aliliyinə nə də parlamentarilik statusuna sığmayan məkrlilikdir”. (APA)




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info