“Hər birimiz Bakıya yeni qızıl medal üçün gedirik”
Tarix: 11.06.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək Gürcüstan idmançılarının bir qrupu iyunun 11-də Tbilisi aeroportundan Azərbaycana yola düşüb. Onları Gürcüstan Gənclər və idman Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, eləcə də yaxınları yola salıblar.
Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, stend atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu Nino Salukvadze deyib: “Bu gün Bakıya boks, cüdo, yunan-Roma güləşi, güllə və ox atıcılığı, qılıncoynatma üzrə 30 idmançı, onların məşqçiləri və həkimləri gedir. Ümumiyyətlə isə biz “Bakı-2015” İlk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacağıq. Onların arasında bir sıra dünya və Avropa çempionları var. Hər birimiz Bakıya yeni qızıl medal üçün gedirik”.
Gürcüstan Boks Federasiyasının Prezidenti David Kvaçadze isə bildirib ki, Bakıda ilk Avropa Oyunlarında medallar uğrunda 9 boksçu mübarizə aparacaq. O deyib: “Azərbaycanda idmana böyük maraq var. Ən başlıcası isə ölkənizdə idmana və idmançılara yüksək dövlət qayğısı göstərilir və bu da inkişaf üçün əsas amildir. Bilirik ki, Bakıda güclü idmançılarla qarşılaşacağıq. Bizim idmançılar da yaxşı hazırlaşıblar. Hələlik kimin güclü olduğunu deyə bilmərəm. Amma qoy güclü olan qalib gəlsin”.
Gürcüstanda ilk Avropa Oyunlarında qalib gələcək idmançılar üçün xüsusi mükafatlar nəzərdə tutulub. Belə ki, yarışlarda birinci yeri tutan idmançıya 68 min lari (təqribən 33,5 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü yerin sahibinə isə 34 min lari veriləcək. Birinci yeri tutan komandaya 270 min lari, ikinci və üçüncü yerə çıxan komandalara isə müvafiq olaraq 204 və 136 min lari mükafat təyin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info