TBMM-də Xocalı soyqırımına həsr edilən tədbir təşkil olunsun
Tarix: 11.06.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Təklif İzmirdəki Azərbaycan cəmiyyətindən gəldi

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin üzvüləri Türkiyə Böyük Millət Məclisinin Baş Katibi İrfan Nəziroğlu ilə görüşdülər. TBMM-də keçirilən bu əlamətdar görüş barədə Türkiyə Böyük Millət Məclisinin ”Məclis xəbər” rəsmi saytında məlumat verilir.
Uzun illərdir İzmir şəhərində ictimai-siyasi fəaliyyətlə məşğul olan azərbaycanlı iş adamı, iqtisad elmləri doktoru Asif Qurbanın yaratdığı cəmiyyət Türkiyədə, o cümlədən İzmirdə Azərbaycan həqiqətlərinin daha yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda uğurla fəaliyyət göstərməkdədir. “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin keçirdiyi genişmiqyaslı tədbirlər dövlətimizin kursunu dəstəkləməklə, həm də İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətlərinə, milli adət-ənənələrimizin təbliğinə dəstək olmuşdur. Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinin və Xocalı soyqırımın tanıdılması ilə əlaqədar həyata kecirilən davamlı tədbirlər içtimaiyyətdə geniş əks-səda döğurmuşdur.
“Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Asif Qurbanı və cəmiyyətin üzvülərini qəbul edən TBMM Baş Katibi İrfan Nəziroğlu heyəti TBMM-də görməkdən məmunluğunu bildirmiş, dost və qardaş dövlət olan Azərbaycana hər zaman və hər dəstəyi verməyə hazır olduqlarını söyləmişdir. Heyət adından çıxış edən Asif Qurban qəbul üçün minnətdarlıq etmiş, son zamanlarda Türkiyə əleyhinə qondarma Erməni soyqırımı iddialarının artmasının, hətta buna Türkiyə vətəndaşı olan bəzi insanların da dəstək verməsindən çox narahat olduğunu bildirmişdir.
Asif Qurban çox yaxın bir tarixdə Azərbaycanın Xocalı şəhərində ermənilərin həyata keçirtdiyi soyqırımını xatırladaraq bildirmişdir ki, Xocalı soyqımının canlı şahidləri həyatdadırlar, bu soyqırımı kimlərin həyata keçirtdikləri hər kəs tərəfindən bilinsə də dünya bu həqiqətlərə ədalətsizcəsinə nəinki göz yumur, hətta bu faciənin təşkilatcılarına geniş imkanlar yaradır. Heç kəsə gizli deyil ki, bu soyqırımın “şanlı müəllifləri” Ermənistan respublikasında yüksək vəzifələr tutur, hətta prezident belə seçilir. Asif Qurban daha sonra, TBMM-də Xocalı soyqırımına həsr edilən bir tədbirin təşkil olunmasını Baş Katibdən xahiş etdi. Bu müzakirələrdə həqiqətlərin ortaya qoyulması üçün Xocalı soyqırımının canlı şahidlərinin iştirakını da vacib saydı.
İrfan Nəziroğlu da öz növbəsində belə bir tədbirin çox faydalı olacağını və bunun üçün dəstək verəcəklərini söylədi.
Səmimi və işgüzar bir əhvalda kecirilən görüşdə “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti” nin idarə heyəti üzvləri Cavid Əliyev, professor Gülmira Kuruoğlu, Nurlanə Axundzadə Akfidan, Faiq İsayev, Fərid Novruzov və Vəfa Qurban da iştirak etdilər. Görüşdən sonra heyət məclisi gəzdilər, TBMM quruluşu, məclis binası və məclisin iş həyatı ilə yaxından tanış oldular.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info