Azərbaycan Mətbuat Şurasının I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciəti
Tarix: 11.06.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Əziz dostlar, hörmətli həmkarlar!

Sabah Vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq. Bakıda I Avropa Oyunları start götürəcək. Sizləri bu münasibətlə təbrik edir, hər birinizə oyunların işıqlandırılmasında uğurlar arzulayırıq.
I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm hadisə, qürurverici olaydır. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə yanaşı, həm də vətənvərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçiriləmsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. Kampaniyanın iyunun 12-də saat 15.00-da oyunların rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) «məqsədinin» reallaşmasına yol verməyəcəklər.

Əziz və hörmətli həmkarlar!
I Avropa Oyunları ilə bağlı bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Belə halların davamlı xarakter daşıyacağı da istisna deyil. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya QHT-lərinin reallığı bilmədən ölkəmiz haqqında neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür. Buna görə də Sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştiraka çağırırıq. Əminik ki, Azərbaycan ictimai rəyinin avanqardı olan mediamız sınaqdan layiqli şəkildə çıxacaq.

Hər birinizə uğurlar arzulayırıq.










 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info