“Bakı-2015”-in açılışında bayrağımızı Elmar Qasımov daşıyacaq
Tarix: 11.06.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Avropa Oyunlarında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib. Qitədə ilk dəfə keçiriləcək yarışda üçrəngli bayrağımızı cüdo üzrə Dünya Çempionatının gümüş medalçısı, Avropa çempionu Elmar Qasımov daşıyacaq. Bu barədə jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O bildirib ki, açılış mərasimində ən möhtəşəm komanda bizim olacaq: “Say etibarı ilə ikinci olsa da, bu yarışda ən böyük komanda bizik. Bu gün yeni mərasimin təməl daşını qoyuruq. Qərara gəlmişik ki, Azərbaycanın bayrağını burdan başlayaq. Bayrağımız məhz burda bayraqdara təqdim olunacaq”. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizi təmsil edən hər bir idmançıya uğurlar arzuladıqdan sonra, onların göstərilən etimadı doğruldacaqlarına inam ifadə edib. Sidney-2000-də bayraqdarımız olan Namiq Abdullayev isə bildirib ki, “Bakı-2015”-in paytaxtımızda keçirilməsi Azərbaycan xalqı üçün mühüm hadisədi: “Mən də ölkəmizin bayrağını dalğalandırmışam. Sevinirəm ki, həmin bayrağı apardığım yarışda Olimpiya çempionu olmuşam. İndiki bayraqdarımızın da bu nəticəni təkrarlamasını arzu edirəm”. Mundialın finalında güləşən təcrübəli cüdoçumuz 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionu titulunu qazanıb. O, həmçinin “World Masters”, Qran-pri və digər turnirlərdə də qalib adına layiq görülüb. London Olimpiadasının iştirakçısı olan Qasımovum aktivində qitə çempionatının gümüş və bürünc medalları da var. Qeyd edək ki, Avropa Oyunlarınadək - Yay Olimpiya Oyunlarında bayraqdarımız əsasən Olimpiya çempionları olub.Olimpiadalarda əvvəlki yarışların qalibinin bu vəzifəni icra etməsinə təsadüf edilib. Barselona-1992-nin qalibi Nazim Hüseynov, Afina-2004-ün çempionu Fərid Mansurov, Pekin-2008-in qızıl mükafatının sahibi Elnur Məmmədli növbəti yarışlarda ölkəmizin bayrağını daşıyıb. Onlardan başqa, Namiq Abdullayev Sidney-2000-də, Nizami Paşayev Afina-2004-də bayraqdarımız olub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info