“Panorama”: “Moldova Avrasiya İttifaqını seçməlidir”
Tarix: 29.01.2013 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


“Avropa miqrantlarla artdığı halda, avropalılar Rusiyaya doğru üz tuturlar”


Moldovanın “Panorama” media orqanı bu ölkənin gələcəkdə hansı birliyə inteqrasiya etməsi ilə bağlı maraqlı bir yazı dərc edib. Yazıda qeyd edilir: “Bizim ölkəmiz Avropa Birliyinə üzv olmaq üçün səylə çalışır. Amma hakimiyyət bir şeyə diqqət yetirmir: Avropada çoxdandır ki, bizi gözləmirlər. Artıq Qərbi Avropada çoxlu pis işlər baş verir və ölkələrin çoxu üzünü Rusiyaya çevirib. Əlbəttə ki, Rusiyada da bütün işlər yaxşı deyil, amma Rusiya qlobal böhranın zərbələrinə daha yaxşı davam gətirir və ümumiyyətlə, uğurla inkişaf edir. Bunu isə Avropa Birliyi ölkələri haqqında demək olmaz. Avropa miqrantlarla artdığı halda, avropalılar Rusiyaya doğru çəkilirlər. Avropa Birliyinin daxilində də hərəkat baş verir – Avropanın cənubundakı sakinlər daha sərt, amma daha stabil şimala köçürlər. Onlar böhrandan, işsizlikdən və vergilərdən qaçırlar.
Fransa prezidenti Ollandın milyonerlər üçün 75 faizlik vergi tətbiq etmək cəhdi Konstitusiya məhkəməsinin bununla bağlı mənfi hökmü ilə toqquşaraq heçə getməkdədir. Amma bu cəhd eyni zamanda milyonerlərin, pulluların emiqrasiyasını törədib. Ötən il Belçika təbəəliyini qəbul etməklə bağlı varlı fransızların müraciətləri iki dəfə artıb. Bununla belə, Belçika onların ən varlılarından olan Bernar Arnodan imtina edib. Buna baxmayaraq bir neçə tanınmış biznesmen eyni zamanda Böyük Britaniyaya köçmək niyyətlərini ictimaiyyətə açıqlayıblar. Onlar bu barədə Britaniya baş naziri Kemeronun çağırışlarına hay veriblər.
Tanınmış Jerar Departye Rusiyanı seçdi – o, minlərlə həmvətəninin izi ilə getdi. Avrostatın məlumatlarına görə, böhranlı keçən 2009-2010-cu illərdə 4,5 min nəfər fransız Rusiya vətəndaşlığını alıb. Onlar bu baxımdan Avropa Birliyində rekord qırıblar. Məlumat üçün qeyd edək ki, fransızların ardınca bu müddətdə Rusiya Federasiyası pasportu alan digər avropalılar arasında 4,2 min nəfərlə almanlar, sonra isə finlər gəlir. Amma Fransa və Almaniya demoqrafik planda bu baxımdan fərqlənmir – bu ölkələrə immiqrant axını azalmır. Ötən il Almaniyaya miqrant axını 15 faiz artıb. Məsələn, Yunanıstandan bu ölkəyə daha bir il öncəkindən 80 faiz artıq miqrant axışıb. İspaniyadan və Portuqaliyadan isə 50 faiz daha artıq miqrant Almaniyaya gəlib. Şərqi Avropanın və böhranın hesabına Almaniyanın əhalisi iki ildir ardıcıl artmaqdadır. Yalnız 2012-ci ildə bu baxımdan 200 min nəfər artım baş verib.
Fransaya miqrant axını və eləcə də əhali artımı yavaşıyır, amma buna baxmayaraq miqrant axını ilə bağlı saldo müsbətdir. Qərbi Avropanın əhalisi aktiv şəkildə keçmiş sosialist düşərgəsindən olan ölkələrin(Polşa, Baltik ölkələri, Bolqarıstan) hesabına artmaqdadır. Amma az öncə bu barədə birinciliyi onlardan böhran basmış Cənubi Avropa ölkələri aldı. 2011-ci ildə emiqrant ispanların sayı 70 faiz artıb. Yaxın illərdə cənubdan gələn miqrant axını çətin ki azalsın – orada böhran alovlanmaqdadır, maaşlar və müavinətlər inkişaf etməkdə olan ölkələrin səviyyəsində kəsilib və azaldılıb, əməkqabiliyyətlıi əhali arasında işsizlik isə 20 faizlik şkalanı göstərir.
Avropa Birliyinə xəyali qoşulma yox, eyni zamanda “vahid Avropa” ilə sonrakı yaxınlığın özü belə, kəskin demoqrafik böhran keçirmiş, kəndlərinin çoxu insansızlaşmış Moldova üçün təhlükəlidir.
Bizə Bolqarıstana baxmaq kifayətdir ki, orada hər il emiqrant əhval-ruhiyyənin artmasını müşahidə edək. Bolqarıstan milli araşdırma mərkəzinin məlumatlarına görə, 2012-ci ildə ölkədən getmək istəyənlər rəyi soruşulanların 14 faizi olub. Bu göstərici böhranlı 2009-cu ilin göstəricisindən 3 faiz çoxdur. Hər il Bolqarıstandan 500 həkim gedir, bunun nəticəsində orada cəmisi 30 min həkim qalıb.
Müqəddəs yer boş qalmır: Avropa Birliyində daxili miqrasiya digər regionlardan çıxanların hesabına dolur və artır, bu baxımdan xüsusilə “ərəb bahar”ından sonra gələnləri qeyd etməyə dəyər. Bütün bunlar göstərir ki, Moldova üçün “Avrasiya”nın ən geridə qalmışı olmaq, Avropa Birliyinə daxil olmaqdan daha realdır. Amma avrointeqrasiya isteriyası basmış hakimiyyət bu barədə nə düşünür, hələ tam aydın deyil”.
İlkin AĞAYEV









 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info