Platform London ermənilərin Araz çayını çirkləndirməsindən niyə söz açmır?
Tarix: 11.06.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi iyunun 12-də BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Platform Londonun təşkilatçılığı ilə keçiriləcəyi elan edilmiş aksiyanın vaxt və məkanı təsadüfi seçilməyib: eyni gündə Bakıda I Avropa Oyunlarının açılış
mərasimi olacaq.

Platform Londonun “BP-yə qarşı etirazının” səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır. QHT təmsilçiləri elan ediblər ki, “Azərbaycanda insan haqlarının durumundan narahatdırlar və BP insan haqları ilə bağlı narahatlıq olan ölkədə keçirilən tədbirə dəstək verməməlidir”. Aksiya iştirakçıları BP ofisindən sonra Azərbaycanın bu şəhərdəki səfirliyi qarşısında toplaşmağı planlaşdırırlar.
Qəribəsi odur ki, missiyası ekoloji sahədə maarifləndirmə olan Platform London adlı bu təşkilat öz istiqaməti üzrə deyil, tamam başqa yöndə fəaliyyət göstərməyə “qərar verib”. Əgər bu təşkilat, onun rəhbərləri doğrudan da Azərbaycan insanının rifahını, azadlığını və hüququnu düşünürsə, tədqiqat aparması üçün yaxşı meydan var. Bu gün Azərbaycan cəmiyyətini daha çox narahat edən onların araşdırdığı sahə deyil, insanlarımızı düşündürən ən önəmli problemlərdən biri Araz çayının illərlədir ki, ermənilər tərəfindən bilərəkdən çirkləndirilməsidir. Ermənistanda olan zavod və müəssisələrin tullantıları, zərərli maddələr bu çaya axıdılır. Halbuki Arazın suyunu bilərəkdən çirkləndirilməklə milyonlarla Azərbaycan əhalisinin sağlam yaşamaq hüququnu əlindən alırlar. Yaxşı olar ki, Platform London heç olmasa bircə dəfə də, bu məsələni qaldırsın. Aydındır ki, Araz çayının ekoloji təmizliyi ilə bağlı hər hansı aksiya həyata keçirməyə kimlərsə onlara icazə verməz. Çünki bu gün onlara tapşırıq başqadır!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info