Əmtəə bazarı bir ildə 10%-ə yaxın artıb
Tarix: 11.06.2015 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərində istehlakçılara 9,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, satılmış istehlak mallarının 50,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-i qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 1,2% bəndi artıb.

Bu ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artaraq 4,9 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslərin, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5%-ni qeyri-ərzaq malları təşkil edib.
Bu ilin yanvar-may aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 372,4 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 158,9 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 213,5 mln. manat təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info