“Bakı-2015” Avropa idmanında böyük dəyişikliklər edəcək”
Tarix: 12.06.2015 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Simferopolda yaşayan İltifat İsmayılov:
“Vətən sərhədlərindən kənarda yaşayan soydaşlarımız da Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə fəxr edir”

I Avropa Oyunları müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. Öz əhəmiyyətinə və miqyasına görə, bu Oyunlar Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Hazırda xarici ölkə vətəndaşları, eləcə də orada yaşayan soydaşlarımız Bakıda birinci Avropa Oyunlarının keçirilməsini yüksək qiymətləndirir və ölkəmizin təbliğində mühüm rol oynadığını bildirirlər.Xaricdə yaşayan soydaşlarımızdan biri də Azərbaycanlıların Simferopol şəhəri üzrə Milli-Mədəniyyət Muxtariyyətinin sədri İltifat İsmayılovdur. "Bakı 2015" I Avropa Oyunlarının çox sevindirici bir hal olduğunu deyən həmyerlimizin sözlərinə görə, zaman yetdikcə Azərbaycan öz gücünü bütün Avropaya, dünyaya təqdim edir:
- Dünya yaranan gündən insan ağlının, insan müdrikliyinin ehtiyacında olub. Bu ehtiyacla bağlı elə olub ki, yer üzü hətta dilə gələrək özünü silkələyib insanların adlandırdığı zəlzələlər meydana gətirib. Hər zəlzələ zamanı kimlərsə nələrisə anlayıb özünü silkələyərək qış yuxusundan ayılıb, kimlərsə eləcə öz yuxularını davam etdiriblər. Bəli, yer üzündə mövcud olan ölkələr də beləcə insanlar kimidirlər. Hansısa ölkə dünyanın çağırışına hay vermək üçün iri-iri addımlarla irəliləyir, bəzi ölkə isə bu çağırışı hətta heç eşidə bilmir. Eşitmir, çünki, olduqca dərin yuxuya gedib. Hə, ölkələr deyəndə bu gün mənim fikrim Vətənimiz Azərbaycanın dünya çağırışına necə cavab verməsi üzərindədir. Fikir versək görərik ki, Azərbaycanımızın müdrikliyi onu tez bir zamanda bütün dünyaya tanıda bilib. Həqiqətən də mən Vətəni ağıllı deyil, müdrik adlandırıram ki, ilk baxışdan kimin, hansı ölkələrin nə demək istədiyini anlayır və tez bir zamanda nə edəcəyini gözəl bilir. Bu gün Azərbaycanımız müdrikliyi nəticəsində elə iri addımlarla irəliləyir ki, həmin addımlar onun hər bir vətəndaşının, hər bir sevəninin qəlbində silinməz izlər qoyur. Bu gün həmin vətəndaşların siyahısında olanlardan biri də mənəm ki, Vətənin varlığı üçün şükür edir və varlığının bizim həyatımız üçün nə qədər vacib olduğunu duyuram. Mən də digər Vətənsevərlər kimi sevinirəm ki, artıq "Bakı-2015" Avropa Oyunları hər kəsi heyran edəcək. İstərdim bu Oyunlar zamanı Azərbaycanımızda olum. Mən özüm Oyunlar zamanı doğma yurdda olmasam da belə, dostlarımdan bir neçəsinə Vətəndə olmalarını məsləhət bilmişəm ki, hazırda onlar Vətəndədirlər. İnanıram ki, "Bakı -2015" Avropa Oyunları Avropa idmanında böyük dəyişikliklər edəcək. İdmanda olan gözəlliklər hamısı bir-bir daha aydın görünəcək və hər kəsdə özünə qarşı daha çox maraq yaradacaq. Mən demək olar ki, bir deyil, bir çox idman növlərini sevirəm ki, onların hər birindən ilham almağı bacarıram. Biz dünyaya göz açandan Vətənimizdə güləş, cüdo, sambo, sərbəst güləş, futbol, voleybol, karate və s. kimi idman növlərinin adlarını eşitmişəm və onlara qarşı məhəbbətimiz olub. Odur ki, bu gözəl idman növləri arasında heç bir ayrı-seçkilik edə bilmirəm. İdman mənim aləmimdə gözəllik deməkdir ki, bu gözəllikdən ancaq və ancaq ilham almaq olar. Şükürlər olsun ki, Vətənimizi idarə edən ölkə başçısı bütün addımlarında gələcəyimizi fikirləşməyə qadir və öz siyasət yollarında isə şəfəq saçan günəşə doğru addımlar atmağı bacarandır. Kim deyərdi ki, Azərbaycan bu gün dünyada ilk dəfə həyata keçiriləsi Avropa Oyunlarına sahiblik edəcək? Tək Vətəndə deyil, bizim kimi Vətən sərhədlərindən kənarda yaşayan soydaşlarımız da bugünkü günlə, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə fəxr edir və digər xalqlar qarşısında başımızı uca tuturuq. Ölkə başçısına, xalqımıza, elimizə can sağlığı arzulayır, gələcəyimizin işıqlı olmasına inanırıq. İnanırıq ki, bir çox beynəlxalq idman yarışlarında olduğu kimi I Avropa Oyunlarında da idmançılarımız lazımınca öz sözünü deyəcək və bayrağımızı yüksəklərə qaldıracaqlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info