“Avropa Oyunları ilə əlaqədar çoxlu ukraynalı Azərbaycana gələcək”
Tarix: 12.06.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarının Bakıda keçilməsini hər bir azərbaycanlı, eləcə də xaricdəki tələbələrimiz böyük sevinclə qarşılayır. Müsahibimiz Adil Məmmədov da bu sevincini bizimlə paylaşıb. Qeyd edək ki, A.Məmmədov Ukraynanın Vinniça Texniki Dövlət Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alır. Eyni zamanda 2014-cü ildən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Vinniça vilayəti bölməsinin rəhbəri vəzifəsində çalışır.
-Ukraynalıların “Bakı-2015”-ə marağı necədir?
- Ukrayna xalqı Azərbaycanda keçirilən bu Oyunlara qarşı çox sevinclidir. Xalqın böyük hissəsi Azərbaycanı, Bakını tanıyır. Avropa Oyunlarının Bakıda keçirilməsinə görə də, çoxlu Ukrayna vətəndaşı Azərbaycana gələcək. Bildiyimiz kimi, Ukraynanın "Olimpiya" İdman Kompleksində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı və respublikamızın paytaxtına göndəriləcək idmançılarla görüş oldu. Bu tədbirdə ukraynalılara Azərbaycanın bütün regionlarından, adət-ənənələrindən də danışıldı.
- İlk Avropa Oyunlarının ölkəmiz üçün nə kimi əhəmiyyəti var?
- I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi Ukraynada yaşayan və təhsil alan azərbaycanlıları qürurlandırır. I Avropa Oyunları dünya idman tarixində ilk hadisədir. Belə bir mötəbər idman tədbirinə ev sahibliyi etmək çox çətin və məsuliyyətli bir vəzifədir. Amma biz gənclər inanırıq ki, Azərbaycan bu mötəbər Oyunu ən yüksək səviyyədə keçirəcək. Çünki bu gün Azərbaycan qədər bu Oyunları ürəkdən keçirməyə razı olan ikinci dövlət tapmaq olmaz. Ona görə ki, hər bir azərbaycanlı bu Oyunları keçirməklə, Azərbaycanın dünyada daha da tanınacağını, ilk Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəyini yaxşı başa düşür. Hər zaman ilkləri gerçəkləşdirmək böyük məsuliyyət və güc tələb edir. Şükürlər olsun ki, bizim güclü liderimiz var. Əminəm ki, məhz güclü liderimiz İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan bu Oyunları dünyaya səs sala biləcək səviyyədə keçirəcək. Harada yaşamağımızdan asılı olmayaraq, biz azərbaycanlı gənclər hər zaman Prezident İlham Əliyevin yanında olacağıq.
- Oyunlara kölgə salmaq istəyənlər də var...
- Yaşadığı yerdən asılı olmayaraq hər bir azərbaycanlı bu Oyunların keçirilməsindən qürur duyur. Artıq I Avropa Oyunlarının məşəli bölgələrimizdən Bakıya gətirilib. Ölkənin tanınmış insanları həmin tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Bu, bir daha bizə deməyə əsas verir ki, Azərbaycan xalqı bu Oyunların keçirilməsinə nə qədər əhəmiyyət verir. I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olan bəzi antiazərbaycan dairələr bu Oyunlara kölgə salmaq, idman oyunlarına heç bir aidiyyəti olmayan sahələr üzrə qara piar kampaniyası aparırlar. Əslində, bu dairələrin Azərbaycana qarşı qısqanc mövqe sərgiləməsinin səbəbləri aydındır. Çünki bu dairələr Azərbaycanın artan siyasi və iqtisadi gücünü, müstəqil siyasətini, hər ötən gün bölgədə və dünyada yüksələn nüfuzunu həzm edə bilmirlər. Ancaq bizlər, Ukraynada yaşayan azərbaycanlı gənclər olaraq əminik ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq.
-İlk Avropa Oyunlarının təbliği qaneedicidirmi?
- Bilirsiz, həyatda qaneedici heç nə yoxdur. İnsan oğlu hər zaman daha da yaxşı olar deyə, fikirləşir. Ona görə də, qaneedicidir deyə, dayanıb durmamalıyıq. Hər zaman daha yaxşısı uğrunda çalışmalıyıq. I Avropa Oyunlarının təbliği istiqamətində Azərbaycan çox böyük işlər görüb. Dünyanın müxtəlif şəhərlərində təqdimat mərasimləri keçirilib. Bundan başqa, mükəmməl təbliğatın nəticəsidir ki, 50 ölkənin ən güclü idmançıları bu Oyunlara daha maraqla gəlirlər. Hesab edirəm ki, I Avropa Oyunlarının təbliğatı istiqamətində görülən işlər qaneedicidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info